​“Səs verən yerdə əlimiz qırılaydı” – Kürdlər Bərzaniyə qarşı

 
Qısa müddətdə Kərkükün Tak Tak, Zummar, Batme və Ayn Zale kimi neft sahələrini itirən İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaniyə qarşı çevriliş cəhdi hazırlanır.
 
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu iddiaların ortaya atılması peşmərgə silahlılarını ayağa qaldırıb.
 
Silahlılar Ərbildə təhlükəsizliyi təmin etmək məqsədilə gücləndirilmiş iş rejimində çalışırlar. Onlar kürd xalqının uğursuzluğa düçar olan Bərzaniyə qarşı üsyana qalxacağından ehtiyat edirlər. Ərbillilər referendumun səhv addım olduğunu bildirirlər:
 
“Referendum olmasaydı, heç bir neft yataqlarımızı itirməzdik. Günah Bərzanidədir. O, istefa verməlidir. Referenduma “hə” dediyimiz yerdə əlimiz qırılaydı”.
 
Bundan başqa, peşmərgə türk mediasının bölgəyə girişinə qadağa qoyub. Onlar bölgədə çəkiliş edən türk jurnalistlərə mane olur, həbslə hədələyirlər.
 
Müəllif: Samir

Загрузка...
Загрузка...