Səs-küylü həbslər başladı: 15 gün möhlətdə kimlərin başı gedəcək? - Sabotaj

 
 
Ölkədə səs-küylü həbslər və əməliyyatlar gözlənilir
 
Bu barədə hüquq-mühafizıə oirqanlarındakı mənbədən Politika.Az-a xəbər daxil olub.
 
Mənbənin sözlərinə görə, qara bazara dollar satışında məqsədli şəkildə şərait yaradanların cəzalandırılacağı xəbər verilir. Belə ki, həbslərin olacağını deputat da təsdiqləyib.
 
Prezident İlham Əliyev Maliyyə Sabitliyi Şurasının üzvlərini toplayaraq, onlara tapşırıqlar verib. Bu barədə millət vəkili Vahid Əhmədov bildirib.
 
Deputatın sözlərinə görə, prezident Azərbaycanda maliyyə sabitliyinin bərpasını təmin edəcək tədbirlər planı hazırlamaq üçün Maliyyə Sabitliyi Şurasına 15 gün vaxt verib.
 
V.Əhmədovun sözlərinə görə, son günlər hüquq-mühafizə orqanları və Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi tərəfindən “qara bazar”lara qarşı tədbirlər görülür: “Son iki gündə “qara bazar” fəaliyyət göstərmirdi. Təkcə “qara bazar” deyil, elə bankların özləri də dollar satışını dayandırmışdı.
 
Dünən hüquq-mühafizə orqanlarının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bir yerdə apardığı əməliyyatlar mənim “qara bazar”a himayədarlıq edənlərlə bağlı parlamentdə söylədiklərimin əbəs olmadığını isbatladı.
 
Bu adamlar faktiki olaraq “qara bazar”ı dollarla təmin edənlər idi. Ona görə də bütün günahkarlar cəzalanmalıdır. Yəqin ki, bu istiqamətdə hələ digər addımlar da atılacaq”.
 
Politika.Az xəbər verir ki, deputat çıxışında həbslərin olacağı anonsunu verib. Qara bazar”da 1 dollar 1.80-1.90 manat arasında dəyişir.
 
Rəsmi qurumlar isə “qara bazar”ı bağlamaq üçün hər hansı addım atmır. Beləcə ölkədə dollar “cinayət”i tüğyan etməkdə davam edir.
 
Hazırda külli miqdarda valyuta xaricə daşınır. Bildiyiniz kimi banklarda dollar satışı müəyyən məhdudiyyətlə həyata keçirilir, həm də şəxsiyyət vəsiqəsi tələb edilir.
 
Böyük rüşvət pulları əldə edən məmurlar isə həmin limitlə kifayətlənə bilməz. Ona görə də məhz “qara bazar”a üz tuturlar. Beləcə ölkədən çıxarılan dollar, ölkəyə gətirilən dolları üstələyir.
 
Bu baxımdan dollar ajiotajı yaşanır. Banklar isə izahat verə bilmir. Onlar Mərkəzi Bankın əməlini ifşa etmək əvəzinə susur və bu yalana şərik olurlar. Baş bankir Elman Rüstəmovun yarıtmaz pul siyasəti ölkə iqtisadiyyatına sarsıdıcı zərbə vurub.

Загрузка...
Загрузка...