​Sərxoş sürücü piyadanı vurub qaçdı- Abşeronda

 
Axşam saatlarında Abşeron rayonu ərzisində piyada ölümü ilə nəticələnən yol qəzası baş verib.
 
Hüquq-mühafizə orqanlarından Missiya.Az-a  verilən xəbərə görə, “ZİL” markalı yük avtomobilinin sürücüsü yolu keçmək istəyən piyadanı vurub.
 
Hadisənin Qobu qəsəbəsi ərazisində baş verdiyi bildirilir. Yük maşını piyadanı Hökməli qəsəbəsindən Qobu qəsəbəsi istiqamətində hərəkət edərkən vurub.
 
Piyada İsgəndərov Murad Akif oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Vurduğu piyadanın öldüyünü görən sürücü hadisə yerindən uzaqlaşıb.
 
Abşeron Rayon Polis idarəsin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində piyadanı vuran sürücü saxlanılıb. Sürücünün müayinəsi zamanı onun sərxoş olduğu ortaya çıxıb.
 
Dünyasını dəyişən piyada Murad İsgəndərovun meyiti ekspertiza üçün morqa təhvil verilib.

Загрузка...
Загрузка...