​Şərqi Anadolunu Ermənistana verdilər – ŞOK XƏRİTƏ

 
Kosovanın Prizren şəhərində məktəblərə paylanılan Türkiyə xəritəsi böyük reaksiya doğurub.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Şərqi Anadolu Ermənistan, Cənubi Şərq Anadolu bölgəsi isə “Kürdüstan” kimi göstərilib.
 
Xəritələrin Albaniyadan Kosovaya pulsuz göndərildiyi və bir sıra qurumlar tərəfindən paylandığı üzə çıxıb.
 
Hadisə ilə əlaqədar DHA-ya danışan Kosova Təhsil, Elm və Texnologiya Nazirliyinin Prizren şəhəri üzrə bölməsinin türk dilində təhsil şöbəsinin rəhbəri Fərdi Kovaç xəritələrin 2005-ci ildən qaldığını bildirib. O, xəritələrin məktəblərdən yığışdırıldığını deyib.