Sərnişin təyyarəsini qaçıran pilot təslim oldu

"EgyptAir" şirkətinə aid sərnişin təyyarəsini qaçıran pilot təslim olub.
Turaninfo.az xarici KİV-lərə istinadən xəbər verir ki, bir müddət öncə təslim olan hava qulduru artıq həbs olunub.
Məlumata görə, sərnişin təyyarəsinin pilotu İstanbula getmək istədiklərini bildirib.
Qeyd edək ki, bu gün Misirin İskəndəriyyə şəhərindən paytaxt Qahirəyə uçan sərnişin təyyarəsi pilot tərəfindən oğurlanaraq, Kipr hava limanına endirilmişdi.
O da bildirilir ki, pilot Kiprdən sığınacaq istədiyi üçün bu addımı atıb.