Sərnişin qatarları toqquşub: 245 yaralı

Kosta-Rikanın paytaxtı San-Xose şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində 245 nəfər xəsarət alıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yaralılar arasında ağır vəziyyətdə olanlar var. İlkin ehtimala görə, qəzaya səbəb insan faktoru  və yaxud rabitədə baş verən nasazlıq olub.
Faktla bağlı araşdırma aparılır.