Sərnişin avtobus sürücüsünə tapança tuşladı - Bakıda dəhşət - Video

 
Bakıda orta yaşlı kişi avtobusu dayanacaqdan kənarda saxlamadığı üçün sürücünü və onu müdafiə edən digər sərnişinləri silahla hədələyib.
 
Teleqraf.com xəbər verir ki, hadisə "Bakubas"a məxsus marşrut avtobusunda olub. Silahlı şəxsin dediklərindən belə anlaşılır ki, sürücü ona əli ilə "olmaz" işarəsi edib. O isə bunu özünə təhqir hesab edib və dayanacaqda avtobusa minərək sürücü ilə "haqq-hesabı" həll etmək istəyib. Silahlı şəx hətta sürücünü müdafiə edən sərnişinləri də silahla hədələməkdən çəkinməyib.

Загрузка...
Загрузка...