Sərkisyan Füzulidə, Lələtəpə istiqamətində

Ermənistan prezidenti Serj Sərkisyan bu gün günün ikinci yarısında Azərbaycanın işğal altındakı ərazilərinə gəlib və çatan kimi təmas xəttinə yola düşüb.
Virtualaz.org-un verdiyi son məlumata görə bu gün Qarabağa gələn Ermənistan prezidenti Serj Sərkisyan birbaşa cəbhənin cənub istiqamətinə (Füzuli-Cəbrayıl) gəlib.
Sərkisyan orada erməni qüvvələrinin yüksək rütbəli zabitlərinin iştirakı ilə müşavirə keçirib, təmas xəttinin həmin istiqamətindəki vəziyyəti müzakirə edib.
Xatırladaq ki, aprel döyüşlərində Azərbaycan ordusu təmas xəttinin cənub istiqamətində də düşmənin müdafiə xəttini yararaq onu geri oturdub, stratji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad edib.