Şri-Lankada daşqın və torpaq sürüşməsi nəticəsində 36 nəfər ölüb

Şri-Lankada daşqın və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 36 nəfərə çatıb, yüzlərlə insan itkin düşmüş hesab olunur.
"Turaninfo.az" "RİA Novosti"yə istinadən məlumat verir ki, bu gün səhər saatlarında leysan yağışları nəticəsində Keqalle əyalətindəki bir neçə kənddə torpaq sürüşməsi baş verib, xeyli ev dağıntılar altında qalıb. Son məlumata görə, xilasedicilər dağıntılar altından 17 nəfərin cəsədini çıxarıblar. İndiyədək 180 nəfəri xilas etmək mümkün olub, 200-dən çox ailənin axtarışları davam edir. 
Bundan əlavə, ölkənin digər hissəsində baş vermiş daşqın nəticəsində 19 nəfər ölüb. Şri-Lanka hakimiyyəti ölkənin daha 9 rayonunda sürüşmə təhlükəsi ilə bağlı xəbərdarlıq edib.