Sərgən Yalçın Türkiyə klubuna yenidən baş məşqçi təyin olunub

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan "Qaziantepspor" komandasına yeni baş məşqçi təyin olunub. "Report"un məlumatına görə, ötənlərin məşhur futbolçusu Sərgən Yalçınla 1,5 illik müqavilə bağlanılıb.
S.Yalçın yeni bu vəzifədə Mutlu Topçunu əvəzləyib. O, komandasının mayın 1-də "Fənərbağça" ilə keçirəcəyi matçda iş başında olacaq.
Qeyd edək ki, Sərgən Yalçın 2013-2014 mövsümündən də bir müddət "Qaziantepspor"un sükanı arxasında olub. Hazırda bu komanda 30 oyundan 32 xalla 15-ci pillədə qərarlaşıb.