Şərəfli ömür yolu seçənlər.

 
 

 
 
 
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi  İmişli rayon şöbəsində görüş.
 
 
ADP sədri Sərdar Cəlaloğlunu nüfuzdan salanlara qazilərdən sərt təpki.
 
 
 
Əvvəlcə, birliyin sədri Taleh Eyvaz oğlu Tapdıqovun  özünü dinləyək:
Orta məktəbi bitirəndən bir il sonra  hərbi xidmətə çağrıldım. “Ağır döyüşlərdə iştirak etdim, qanlı-qadalı günlərim unudulmayacaq. Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə vuruşduq. 1994-cü ilin 19 fevralında qumbara atan mərmisi 2-3 metrliyimdə partladı. Öz qazdığım səngərdə torpağın altında qaldım. Əsgər yoldaşlarım məni torpağın altından çıxartdılar. Həmin il 19 mart ağır döyüşlər zamanı isə, Cəbrayıl rayonu Cocuq-Mərcanlı kəndində ermənilərə hücuma keçərkən minaya düşdüm. Döyüş sakitləşəndən sonra “sapyorun” uşaqları məni minadan xilas etdilər. Atəşkəsə yaxın bütün batalyon malyariya xəstəliyinə yolxmuşdu. Taqətsiz idik. Bir gün bizə əmr gəldi ki, Horadiz kəndi istiqamətində hücuma keçməliyik.  Xəstəliyin təsirindən məni yuxu tuturdu. Həmin səngərdə erməni muzdluları bir gün əvvəl bir əsgərimizin başını kəsmişdilər. Qanı səngərin divarlarında qalmışdı. Yuxuda gördüm ki, muzdlu əsgərlər başımı kəsməyə gəlirlər. Ayılıb gördüm ki, üzümlük tərəfədən bir dəstə erməni sürünə-sürünə üstümüzə gəlir. Onlara atəş açdım. Əsgərlərimiz mən tərəfə  gəlib, xain erməniləri gülləyə tutsa da, mühasirəyə düşənlər də oldu. Bir-neçə əsgər yoldaşlarımızla birgə gizli yolla ac-susuz hərbi hissəmizə qayıtdıq. Sonra ali təhsil aldım, ailə qurdum. İki, Xalid və Valid adlı oğlanlarım var.”
 
 
 “Xalqın Şəhidləri” məqalə-esseyə görə, qəzetin kollektivinə və sahibinə, müəllif Məhbub Zülfüqarlıya Qarabağ qaziləri adından  təşəkkür edirik. Qeyd edirik ki, aprel şəhidlərindən Rasim Əbdül oğlu Məmmədov, eləcə də,  şəhidin atası, birinci Qarabağ muharibəsinin qazisi, birinci qrup əlil Əbdül Cəlal oğlu Məmmədovun 20 gün sonra şəhidlik zirvəsinə qovuşması ağır itki idi. Cəlaloğlular ailəsi: bizim Qarabağ qazi həmkarlarımız, dostlarımızdır.  Əsgər, zabit üçün iqtidar-müxalifət termini yoxdur, vətən termini var ki, Cəlaloğlular bunu sübut etdilər, edirlər. Biz də, İmişlidə Qarabağ qaziləri olaraq, vətən üçün döyüşdük.  İmişliyə gələn 2 aprel şəhidləri: mayor Nəciməddin Savalanov, Cavid Dədəkişiyev qardaşlarımızın izdihamlı dəfn mərasiminin yüksək anılmasını, onların adlarına layiq təşkil  olunmasında, rayon rəhbərliyi, İmişli sakinləri ilə birgə  təşkil edənlərdən olduq. Bütün Qarabağ qaziləri üçrəngli bayraqla dəfn mərasimində saf, mütəşəkkil surətdə şəhid qardaşlarımızı, komandirlərimizi şəhidlik dünyasına yola saldıq.
 
 
Həzrət Əli (Ə) deyirdi: “Dininiz-imanınız itsə, islami kimliyiniz aradan getsə, cılız olarsınız, kiçik olarsınız,  yox olarsınız, o yerə çatar ki, dünənin əzilmiş və zəlil ünsürləri üstünüzə  yeriyərlər. Heçnələr sizi ad-sandan, torpaqdan, özünü  tanımaqdan məhrum edərlər.”  Erməni cəlladları və rus köpək ağalarının əzmini şəhidlər, Qarabağ qaziləri qırdılar. 
 
 
 
İmişlidən çıxan milyarderlərin sayı-hesabı yoxdur. Deputat Ə. Qasımov  İmişlidə oğlu Talehin adına möhtəşəm uşaq bağçası tikdirib, Ə.Qasımovun Rusiyada, Ukraynada, Qazaxstanda daşınmaz əmlakları var. Azərbaycanda isə, “KARAT” MMC, quşçuluq fabriki, bir çox müəssisələri vardır. O, özü və köməkçisi Rauf Həşimov bizim ofisimizi təmir etdirməyi söz vermişdi. Eləcə də, 3 nəfər qıçlarını itirmiş, əl ağacları ilə gəzən qazilərimizə də söz vermişdi. Qazi Cavid Şahbazovun ağır durumuna, xaricdə müalicəsinə kömək etmək, Əsabil üçün bir stəkan sudur. Deputat seçkiləri zamanı ona yaxınlaşan bir yoxsul qadına o demişdi: “Azz, xəstəliyin mənə keçər. Məndən aralı dur.” Amma başçı V. Hacıyev həmin qadını qucaqlayaraq, üzündən öpmüşdü.Aslan Manafov MRX qarşısında su qiymətinə  aldığı, insanların istirahət mərkəzini, 14 hektar parkı 2006-cı ildə özəlləşdirmiş, hal-hazırda həyətyanı sahə, mağaza, şadlıq sarayı kimi satıb, alanlar isə, hasarlatdırıb, hər iki  tərəf qazanıb. A. Manafovun sərvətinin üstünə sərvət gəlib. Ən böyük ərazini isə, rayonun axundu alıb (170 000 pul verib, haradandır ki bu pul?)   Bu qədər sərvəti olan kəslər, Qarabağ qazilərinin təmirsiz otaqlarına bir az  maya qoymadılar, əvəzinə polis rəisinə villa tikdirdilər. Polis rəisi gələndə, Əvəz Şükürovun İmişli şəhər “Koroğlu”-küçəsindəki villasında qalırdı, bunların Şükür Aslanoun evi ilə üzbə-üz  yerdə tikdirdikləri təzə villasına köçüb. Amma qazi, veteranların, qıçını-qolunu itirmişlərin  şəraiti, yaşayışı – bərbad, ofisləri bərbaddır.
 
 
28 yanvar 2001-ci il biz Qarabağ qaziləri, öz ofisimizdə kommunal xidmətlərinin ləğvinə görə  aclıq aksiyası keçirəndə, bizlərə ilk dəstəyi verən, başının dəstəsi ilə bizi yoluxan Sərdar Cəlaloğlu idi ki, yaddaşlarımızdadır. Aclıq aksiyasına qoşulan İmişli batalyonunu təsis edən komandir, ADP RT-sədr müavini, dəyərli insan, böyük türk oğlu  Rafael Aslanov 13 yanvar  2011-ci il,  ADP fəalı “həştad” ayamalı  Elman Şahbazov  iyun 2016-cı il dünyasını dəyişib, eləcə də, o vaxt sədrimiz olan, Elşən Nəcəfov, komandirlərdən olan qazi 2010-cu il Şəhidlərimizin görüşünə tələsib, cənnətlik olub. Sərdar Cəlaloğluna böyük hörməti var idi. Çox qazilərimiz artıq bu dünyada yoxdurlar. Hamısına min rəhmət, ruhları şad olsun. Sərdar Cəlaloğluna hücum, əslində qazilər ailəsinə, həm də, filosof alimə qarşı hörmətsizlikdir, hansısa “morda”,  hamilə qadınlara bənzər  “kişiciklərin” onu aşağılaması, kölə xislətlilərin, qarnına yaşayan, sərvət, şəhvət əsirlərinin əməlini, başından böyük qələtini pisləyirik. Oğlum!, nəslində bir qazi, şəhid, alim varmı ki, başından böyük qələr edirsən??? Bizlərə, vaxtı ilə dəstək vermiş böyük alimə, qazi ailəsinin başçısına dəstəyimiz qarşılıqlıdır.  Siyasətdən kənar insanlar kimi, üzülürük. Vaxtı ilə Rəsul Quliyevi dəstəkləyən , ölkə siyasətində sayılan liderə çevrən Sərdar bəy, ən böyük zərbəni  elə Rəsul Quliyevdən aldı, yaxşılığa pislik etdi. Sərdar bəy isə,  yaxşılığa dəvət, pislikdən  çəkindirmə yolçusu, İslam xilaskarı İmam Hüseyn (Ə) yolçusudur.  Bu gün, artıq bu pisliyinə görə Rəsul Quliyev unudulub, amma onu lider  edən Sərdar bəyə həqarəti eks-spikerin keçmiş xidmətlərinə də kölgə  salaraq, siyasi arenada  seytnota düşməsi, öz əməli idi ki, bilməyənlər bilir ki,  onu Rəsul Quliyev edən ümumilli lider  Heydər Əliyev olmuşdu ki, ona da əks mövqe tutub, minlərlə insanların  ağır duruma, həbsə düşmə səbəbkarıdır. Əli İnsanov kimi alim, hələ də həbsdədir.  Bu amillər Rəsul bəyin nə qədər  səxavətli  olsa da, siyasətdən uzaq biri olması göstəricisidir. ABŞ-da oturub, iqtidarı aşağılamaq, yüzlərlə tərəfdarını ağır duruma salmaq siyasətçi üçün ən ağır “minus”-dur.  Belə bir lətifə var: “Dovşan  durub çayın əks tərəfində şiri söyür, tutulanda isə, yalvarır.” Belə addımlarınıa görə prezident, haqqlı olaraq,  onu ölkəyə dəvət etmir. 
 
 
3 qardaş: Elman, Cavid və Fuad Şahbazovlar barədə yazıçı-jurnalist Siyab Məmmədovun kitabında da geniş yer ayrılıb.  Artıq Elman Şahbazov iyun 2016-cı il şəhid ruhlarına qovuşub, Fuad bəy ordu zabiti olub, sıravi əsgər Cavid  Şahbazov isə,  ikinci qrup Qarabağ  əlilidir, hal-hazırda xəstə olaraq, vəziyyəti yaxşı deyil, onkoloji xəstədir, ümüdsizləyə qapanıb, taleyindən olduqca narazıdır. Cavid bəy deyir: “İnternetdə yerləşdirəcəyəm ki, İmişli milyarderlər erməniyə güllə atdığımıza görə, biz qaziləri görməyə gözləri olmadı, əlacları  olsa idi, biz qaziləri  erməni quldur, quduz itlərinə təhvil verərdilər.  Cavid bəy də, Sərdar Cəlaloğluna qarşı aparılan mənfi yöndə təbliğatı pislədi. Kölələrin ən böyük düşməni AZAD insanlardır. Sərdar Cəlaloğlu alim,  siyasətçidir. Ehtibar Əliyev adli birisi deyir ki: “Fizik, riyaziyyatçı, həkim şeir yazmamalı, siyasətə qurşanmamalıdır. Utanmaz-utanmaz fəlsəfə doktoru hesab olunan bu şəxs belə çıxır ki, Sərdar Cəlaloğlunun kiminsə sifarişi ilə siyasətdən çəkilməsini  istəyir. AX gidi dünya!
 
 
Sədr Taleh bəy bildirdi ki, Cavid Şahbazovun müalicəsinə elə şöbəmiz tərəfindən müntəzəm kömək olub. Sağalan gün ayağının altında qoç qurban demişəm. Yerli hakimiyyət tərəfindən Cavidə qarşı biganəlik, laqeyidlik var. 
 
 
Quliyev Hüseyn Məhəmmədəli oğlu dedi ki, döyüş bölgəsində ümumilli lider Heydər Əliyevlə birgə  şəklim var. Bədənimdə qəlpə var, kontuziya olmuşam, sağ qalacağıma əmin deyildim. Məşədi Rəhimin dəstəsində Laçında döyüşmüşük. Milli qəhrəman İbad Hüseyinovla Xocavənd istiqamətində erməni-rus quldurları ilə vuruşmuşuq. Dağlıq Qarabağın əkin sahələrini İbad Hüseynovun sayəsində azad etmişik. İbad Hüseynov Türk prezidenti Rəcəb Təyyub Ərdoğanın möhkəm dostudur.  Hüseyn bəy də Sərdar Cəlaloğlunu təhqir edənlərə belə mesaj göndərdi: “Sərdar bəyə təşəkkür etmək əvəzinə, onu aşağılayan ya nadan, ya da cahildir. Peyğəmbərin ayağə altına tikan döşəyən, kül tökənlərin axır aqibəti məlumdur, hamısı müsəlmanlığı qəbul etdi, üzr  istədilər. İmam Hüseyn (Ə) belələrinə xitabən demişdi: “Eyy Əbu Süfyan övladlarına uyanlar, dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun.” 
 
 
Sərdar bəy harın insanların vurduğu yaralara, kölələrin “ədalətinin”  yoxluğuna vərdiş etmiş bu ölkəyə qeyri-zoraki mübarizəni təlqin etmiş, İndira Qandi, Martin Lyuter Kinq fəlsəfəsini təlqin edən siyasətçi, hansısa Eynullanın, Ehtibarın atdığı daşa əhəmiyyət verməyən insandır.