Srebrenitsa soyqırımı haqqında film çəkilir

İkinci dünya müharibəsindən bu yana Avropada törədilən ən böyük soyqırım lent yazılarında əbədiləşəcək
1995-ci ilin iyul ayında BMT- nin neytral bölgə elan etdiyi Srebrenitsada təxminən 9 min müsəlman boşnak ağır silahlarla təchiz edilmiş Bosniya Serb ordusu tərəfindən qətlə yetirilib.
Silahları toplanmış bosniyalılar arasında qadın və uşaqlar da olub. Minlərlə insan Bosniya qəbiristanlığında kütləvi olaraq basdırılıb. Ailələr illərlə ölüb-qalanlarından xəbər tuta bilməyib.
Turaninfo.az Musavat.com-a istinadən xəbər verir ki, Srebrenitsa soyqırımı ilə bağlı sənədli film çəkilir. Avropa tamaşalarına təqdim edilən bu filmin adı “Son əsr" (“The Last Epoch") adlanır və türk prodüser Funda Ayan tərəfindən hazırlanır.
Bosniya Herseqovinanın paytaxtı Sarayevoda təşkil edilən tədbirdə Srebrenitsa qırğınında yaxınlarını itirən Xədicə Mexmedoviç acı xatirələrini belə bölüşüb: "Uşaqlar belə qətlə yetirildilər, vaxtsız ölümə tuş gəldilər. Analar daha kütləvi məzarlarda uşaqlarının parçalarını axtarmaq məcburiyyətində qalmasın. Həqiqəti hər kəs bilməli, öyrənməli, bu soyqırım unudulmamalı, unutdurulmamalıdır".
Prodüser Funda Ayan bu filmlə həm soyqırım, həm də İslamofobiyaya diqqət çəkmək istədiklərini bildirərək deyib: "Avropada qaçqın böhranı, eyni zamanda, İslamofobiya var. Filmin ssenarisini bəzi qurumlara göndərdiyimiz zaman: “Biz nə edirik ki? Müsəlmanlara qapımızı açırıq. Ssenarini dəyişdirin", - dedilər. Amma bizim onu dəyişdirmək fikrimiz yoxdur".
Srebrenitsa soyqırımı ilə bağlı çəkiləcək bədii filmdə döyüşdən qaçıb Almaniyaya sığınan qızın müsəlman olduğu üçün keçirdiyi əzablar və yaşadıqları Bosniya Herseqovina hadisələri üzərində təsvir olunacaq. Avqustda çəkilişlərinə başlanılacaq filmin gələn il kinoteatrlara çıxarılması planlaşdırılır.

Загрузка...
Загрузка...