Sərdar Cəlaloğlunun “Qurana izahlar” silsiləsindən: "QURANİ-KƏRİM NİYƏ MÜQƏDDƏSDİR?" - ARAŞDIRMA

Baxış sayı: 
162

 
Sərdar CƏLALOĞLU,
 
Azərbaycan Demokrat Partiyasının sədri
 
Bu günlərdə ilahiyyatçı Elşad Miri “Yaşıl Orta” verilişində bildirib: “Qurani-Kərimin heç bir yerində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz”.
 
Onun sözlərinə görə, Qurana hər kəs toxuna bilməli, toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir. Daha sonra o, belə ritorik suallar verir: "…Bəs biz niyə Quranı müqəddəsləşdirməliyik? Digər kitablardan bunun fərqi nədir? Ərəbcəsi olmasaydı, nə deyəcəkdiniz? Qurani-Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz. Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq, sadəcə, burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir…”.
 
Qurani-Kərimin "Ali İmran" surəsinin 66 -cı ayəsində bəyan edilir: "Budur, siz ki elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz, bəs nə ücün bir-birinzlə elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz”.
 
Belə ki, ərəb dilini bilən və ya teoloji kurslarda təhsil alan, yaxud molallaq təcrübəsi keçən və ya Qurani-Kərimlə səthi tanış olan adamlar Quran ayələri ilə “elmləri olmaya olmaya” mübahisə açır və nəticədə küfrə varırlar.
 
Ayədən görünür ki, Qurani-Kərimlə (o cümlədən istənilən biliklə) bağlı mübahisə bilik, bilgi, bilənlik tələb edir.
 
Quran mütləq bilik verdiyindən, nisbi biliklərin bütün resurslarından istifadə etməklə onu izah etmək olar.
 
Bura diqqətli müşahidə qabiliyəti – gündəlik yaşam bilgiləri; ən ümimi şəkildə əqli elmləri, təbiət və humanitar elmləri bilmək – emprik bilgilər; nəzəri mühakimə qabiliyətinə malik olmaq, yəni, düzgün nəzəriyyyələşdirmə – nəzəri biliklər; fəlsəfəçilik, fikirləşmək qabiliyyəti – fəlsəfi biliklər və nəhayət, Allahdan qorxmaq istedadı və Ona ümid etmək hissi, yəni, Quran ayələrini diqqətlə oxumaq və ya eşitmək tələb olunur. Bu elementlərdən hər hansı biri olmasa, kimsə Qurani-Kərimin ayələrini düzgün izah edə bilməz və onun buna haqqı da yoxdur.
 
Qurani-Kərimdə Allah-tala “Quran ayələrini insanlara alimlərin izah etməsini” əmr edib. “Alim” sözü “bilən” mənasını verir. Beləliklə, bilənlər Quranı izah edə bilər. Buna görə də, Quranı izah etmək ciddi bir işdir və ona qeyri-ciddi yanaşmaqla, bir nəticəyə varmaq olmaz.
 
İslam dəyərləri ilə bağlı yanlış fikirlər istər İslamdankənar, istər İslama mənsub insanlar tərəfindən çox səsləndirildiyindən, bu fikirlər əsasında Quranın mahiyyəti haqqında geniş oxucu kütləsi ücün aşağıdakı elmi məqaləni yazmağı qərara aldim. Çünki bu gün ateizmdən xilas olmuş cəmiyyətimizə İslamın qayıdışı və oturuşması çox zidiyyətlər və dolanbac yollarla baş verir və təəsüf ki, İslam dini haqqında kommunistlərin yaratdığı yanlış təsəvvürləri indi də “ilahiyyatçı” adlanan insanlar yaratmağa başlayıblar.
 
Ümumiyyətlə, İslam dininin nüfuzdan düşməsi, İslamın insanlara xeyir verməməsi, insanlarda bu dinə şübhələrin və ehtiramın azalmasının iki fundamental səbəbi vardır:
 
1. Qurani-Kərimi güman, fərziyyə və ehtmalla yozmaq – Qurana qeyri-elmi yanaşma;
 
Bu üsul Qurana qeyri-elmi, qeyri-sağlam ağılla yanaşma kimi mövcudur. Bu üsulla Quranı anlamaq cəhdi insanları xurafata aparır və nəticədə, sağlam ağıl sahibləri bu cür izahlar əsasında dindən üz döndərirlər. Dini xurafata sürükləyənlər əsasən məzhəb və təriqət mənsublarıdır. Onlar təriqət təəssübündən çıxış edərək, Qurani-Kərimi özlərinin təriqət maraqlarına uzlaşdırmağa çalışırlar. Halbuki,Qurani-Kərim insanların şüurunun, ağlının, məntiqinin, maraqlarının, istəklərinin ona uyğunlaşması ilə insanlara fayda verə və yol göstərə bilər.
 
2. Qurani-Kərimi dünyəviləşdirmə, xalis dünyəvi elmlərə uyğun dərk etməyə cəhd – Sofistik yanaşma;
 
İkinci ifratçılıq əqli elm sahiblərinin Qurani-Kərimi dünyəvi elmlərin dərk edilməsinə uyğun izah etmək cəhdi ilə bağlıdır ki, bu cür yanaşma səmavi din olan İslamı dünyəviləşdirir, adiləşdirir və onun insanlara istiqamət verməsinin qarşısınıalır və bununla Qurani-Kərimin mənəvi təsiri effektsiz hala gətirilir. Belələrinin Quranla bağlı fikirləri insanları dinə yaxınlaşdırmaq əvəzinə, dindən uzaqlaşdırır.
 
Qurani-Kərimə düzgün yanaşma onu yozmaq, fərz etmək və güman etməkdən qaçmağa paralel, sağlam ağıl əsasında, nəqli elmi-hikmətlə əqli elmin sintezindən dərketmə tələb edir.
 
Buradan aydın olur ki, Quranı izah etmək ücün iki vacib şərt tələb olunur: Qurani-Kərimin mətnini və ən ümumi şəkildə əqli elmləri düzgün bilmək!
 
Quranı bilmək – dərkedilməsi tələb olunan ayələrin yalnız Qurandan götürülməsini, Quran ayələrinin zahirinin elmi cümlədən fərqliliyini, Quran ayələrinin mənasınındərinlik ölçüsünün olduğunu, mənaların dərəcələndirilməsinin oxucudan tələb olunduğunu və bu kitabın metaforik və simvolik ifadə və təsvir əsasında bəyan edildiyini, buna görə də fərqli məntiq üsulları (ardıcıllıq, qeyri-səlis, lateral, çarpaz, bənzədilmə, sinkretik məntiq üsulları) tələb etdyini, əqli elmləri bilmək –hamı tərəfindən qəbul edilmiş, şübhə doğurmayan, təcrübədən əldə edilmiş emprik və ya təcrübə ilə təsdiq edilmiş nəzəri təbiət və cəmiyyət biliklərinə malik olmağı, paroloji bilgiləri loqosdan ayırd etməyi (haqqı batildən ayırmağı, yalanı düzdən seçməyi), sofistikadan qaçmağı, hər bir elmə xas məntiqi üsullardan istifadə bacarığını və elmi anlayış və məfhumaların təyinatını bilməyi özündə ifadə edir.
 
Qurani-Kərimdə aydın ayələrdən sübut olunur ki, bu kitab “sağlam ağıl sahiblərinə” ünvanlanmış, insanlardan diqqət etmək, düşünmək, fikirləşmək tələb edən bir kitabdır…
 
Sağlam ağıl – çoxluğun qəbul edə biləcəyi əqli mühakimələrə malik olan və ən ümumi əqli nəticələr çıxarmaq imkanına malik olan ağıldır.
 
Quran bütün insanlara nazil edildiyindən, intellektuallığın qızıl ortasına hesablanıb – hansı ki, nə zəruri həcmdə bilik olmadan (məsələn, uşaqlar, səfehlər, nadanlar), nə də xalis əqli elmi biliyə malik olmaqla (özündə olan bilgi ilə) onu anlamaq olar.
 
Quranın ikinci özəlliyi hikmətin elmlə əxlaqın sintezindən ibarət olmasıdır.
 
Buradan aydın olur ki, dini əxlaqı olmayan kimsə Quran haqqında düzgün əqli nəticə çıxara bilməz.
 
Sual meydana çıxır: nədən dini əxlaqı olmayan insan Quran ayələrini anlada bilməz?
 
Quran sadəcə öyrənilməsi tələb olunan elmi kitab deyil. Quran həm də öyrəndiyini dərhal həyatına tətbiq edilməsi tələb olunan kitabdır. Yəni, Quranı öyrənməkictimai-siyasi prosesə cevrilir.
 
Engels sosial elmlərlə bağlı yazır: “İctimai-siyasi proseslərdə iştirak etməyən heç bir alim o proses haqqında həqiqi və düzgün elmi bilgi verə bilməz.”
 
İslam tarixi sübut edir ki, İslam alimləri birinci növədə mömin, yalnız ondan sonra alim olmuşlar. Mömin olmayıb da Quranı düzgün şərh edən heç bir alim yoxdur və ola da bilməz. Çünki Quranı düzgün dərk etmək doğru yolda olmağı tələb edir. Əyri yolda olanların doğru danışması mümkünsüzdür.
 
Qurani-Kərimdə insanların “özündə olan bilgi” (güman, nəzər, ehtimal) əsasında Quranı təkzib etdikləri aydın ayələrlə izah olunub. “Özündə olan bilgi” – subyektin özü özündən əldə etdiyi xalis subyektiv bilgidən ibarətdir. Bunun bariz nümunəsi“Mən” haqqında bilgidir.
 
Hər bir insanın “mən”i onun özündə olan bilgisi kimi mövcudur. Bəzi insanlar, məsələn, Firon, Nəmrud məhz bu bilgiyə görə özlərini ilah elan etmişlər; bəzi insanlar isə bu bilgilərə görə Allahı və təbiəti inkar etmişlər – məsələn, subyektiv idealizmin tərəfdarlari. Məhz buna görə, bəzi savadsız, biliksiz insanlar – nadanlar, digər tərəfdən, cahil insanlar – səthi biliklərə malik elm sahibləri Quranı anlaya bilmir.
 
Qurani-Kərimi anlamaq ücün aşağıdakı prinsiplər rəhbər götürülməlidir:
 
1. Bir tam şəkildə Qurani-Kərimlə bağlı mübahisə etmək olmaz;
 
Quranın ayrı-ayrı ayələrinin mənaları ilə bağlı mübahisələr isə “bildiklərinizlə bağlı” ola bilər. Məsələn, əgər Qurani-Kərimin bir ayəsinin dərin mənasını yalnız kvant fizikasinin bilikləri ilə anlamaq olarsa, siz isə bu fizikanı bilmirsinizsə, onda sizin həmin məna ilə bağlı mübahisə etmək ixtiyarınız yoxdur.
 
Buna paralel, məntiq elmindən xəbəri olmayan (məntiqsiz mühakimələrlə) kimsə Xabir olan Allahın Quranda bəyan etdiyi ayələr haqqında doğru-düzgün fikir söyləyə bilməz. Çünki Allah-tala Quranla bağlı mübahisələrin “gözəl məntiqlə” aparılmasını əmr etmişdir.
 
2. Qurani-Kərim ilahi bilgi olduğundan, onu bəşəri bilikləri dərk etmə üsulları ilə dərk etmək olmaz;
 
Bu, o deməkdir ki, Quranın dərin mənaları xüsusi məntiq üsulu tələb edir ki, bu üsul əqli məntiq üsullarından fərqlənir. Allah-tala bunu Qurani-Kərimdə “bənzədilmə” üsulu adalandırmışdır.
 
Bu üsulla bilinməyənlər bilinənlərə bənzədilməklə, onların mahiyyəti insanlara anladılır – hansı ki, əqli elmlər bunun əksinə, oxşarlıq məntiqi ilə bilinənlərdən bilinməyənlərin mövcudluğunu təsvir etməyə – formasını dərk etməyə cəhd göstərir.
 
3. Qurani-Kərimə görə, “Yaradan yaradılan kimi olmadığından”, yaradılanlara verilən suallarlarla Yaradanı suallandırmaq olmaz;
 
Qurani-Kərim yoxdan yaradılmadığından, əbədi və sonsuz mövcud olan ilahi bilgidən götürüldüyündən, insanlarda kamil ruh yaratmağa xidmət edən (yaradıcı gücə malik) bir kitab olduğundan, dünyəvi kitabları və təcrübəni suallandırmağımıza uyğun Quranı suallandırmaq olmaz. Məsələn, əqli kitablar təsdiq üsulu əsasında insanları öyrədir. Buna görə, əqli kitablarda bəyan edilən bilgilər əsasında elm öyrənirik… Məsələn, əgər fizikada hüceyrə haqqında bilik verilmirsə, fizika elmindən hüceyrə haqqında heç bir bilgi əldə etmək olmaz və ya biz təcrübədə bizə hissi təsir etməyən heç bir şeyi qavraya bilmərik…
 
Bu, formal fərqlilikdən ardıcıllıq məntiqinin birbaşa sübutetmə üsulu ilə – formal məntiqlə idrak üsulu kimi mövcuddur. Amma Qurani-Kərimdə həqiqətin öyrədilməsi, bundan fərqli olaraq, paralel üsulla – təsdiq və ya inkar etməklə həqiqəti öyrədir. Buna görə də Qurani-Kərimdə Allah-tala “Biz sənə iki yol öyrətmədikmi?” deyə, bəyan edir.
 
Buradan da Quranın paralel və ya lateral məntiqlə dərk edilməsi zərurəti meydana çıxır. Məsələn, Allah-tala Qurani-Kərimdə “Mən varam” deyə, bəyan etməmişdir. Allahın varlığının təsdiqi əksiliklərdən dolayı məntiq üsulu ilə, yəni, “Allahdan başqa ilah yoxdur” mühakiməsi ilə bəyan edilmişdir. Əgər başqa ilahların varlığını təsdiq edə bilmiriksə və onları inkar ediriksə, onda Tək olan Allahın varlığını təsdiqləmiş oluruq.
 
4. Qurani-Kərimi anlamağın çətinliyi Qurani-Kərimlə yox, anlamaq istəyənin şüuru (qəlbi, gözü, qulağı və dili) ilə şərtlənmişdir;
 
Qurani-Kərimdə Allah-tala “Kim Allahla görüşəcəyinə ümid edirsə, o, mütləq görüşəcəkdir” deyir. Buradan da əksilikdən dolayı məntiq üsulu ilə sübut olunur ki, kim Allahla görüşəcəyinə inanmırsa, o, heç vaxt – nə bu dünyada, nə Axirətdə – Allahla görüşməyəcəkdir. Yəni, Allah onun ücün mütləq yoxluq olacaqdır.
 
Buradan aydın olur ki, səmavi obyektlərin varlığının təsdiqi onların varlığına inamla bağlıdır. Beləliklə, kimlər ki Allaha inanır, onlar ücün Allah, həqiqətən, vardır. Bu, Rəhim və Rəhman olan Allahdır. Kimlər ki Allahın varlığına inanmır, onlar üçün yalnız Rəhman olan Allah var, Rəhim olan Allah yoxdur. Kafirlər nə Allahı, nə də digər imana layiq varlıqları müqəddəs hesab etmirlər, onlar üçün, həqiqətən, heç bir müqəddəslik yoxdur.
 
5. Quran vaxta münasib nazil olduğundan, insanlar yalnız öz vaxtlarına uyğun dərəcədə Quranı anlaya bilərlər;
 
Quran bir xalqa və bir tarixi dövrün insanlarına nazil olmadığından, heç bir zümrə və heç bir tarixi dövrün insanları Qurani-Kərimi tam və mükəmməl şəkildə anlaya bilməz. Çünki insanlar da vaxta münasib yaradılmışdır. Biz bunu tarix kimi dərk edirik. Buradan da Quranda anlamadığımız ayələri dərk etməyə özümüzü zorlamağımız vaxta münasibliyimizin sərhədlərini keçməmizə səbəb olur. Necə ki insan uzaq gələcəkdə yaşamaq imkanına malik deyil, o, uzaq gələcəyin insanlarının dərk etdiyi həqiqətləri bu gün dərk edə bilməz.
 
Əqli elmlər bundan fərqlənr. Əqli elmlərdə uzaq kecmişdə elə kəşflər meydana çıxıb ki, müasir insan həmin kəşfi olduğu kimi qəbul edir. Eləcə də müasir dövrdə elə kəşflər var ki, onlar uzaq gələcəkdə yaşayacaq insanlar ücün də eyni dəqiq biliklər kimi qalacaq. Quran bu prinsipə tabe olmur. Niyə? Çünki Quran yaşam bilgisiverir, əqli elmlərsə – baxış bilgisi. Əqli elmlər bildiyinə uyğunlaşma tələb etmir. Amma Quran verdiyi bilgilərə əməletmə, ona uyğunlaşma, islaholma tələb edir ki, bu da imanın ikinci şərti olan “əməl”dən ibarətdir.
 
Beləliklə, Quran bütün insanlığa və bütün dövrlər ücün nazil edildiyindən, Quranı tam şəkildə anlamaq olmaz və buna cəhd anlaqsızlığa aparır. Qurani-Kərimdə bu cür ayələr “Dəlili hələ gəlməmiş ayələr” kimi təyin olunub.
 
6. Quranın düşüncədən fikirləşməklə idrakı;
 
Qurani-Kərim insanlardan Quranı anlamaq ücün düşünməyi tələb edir. Qurani-Kərimin “Ənfal” surəsinin 22-ci ayəsində bəyan edilir: “Həqiqətən, Allah yanında tərpənən canlıların ən pisi düşünməyən, kar və lal insanlardır”. Buradan da Quranı anlamaq üçün düşünməyin zəruri olduğu aydın olur. Yəni, Quranı yalnız ayələri görüb qavramaqla dərk etmək olmaz, gördüyün ayə haqqnda düşünmək lazımdır. Düşünmək – təsəvvürlərin təkrar mücərrədləşdirilməsini, obrazların simvollaşdırılmasını aparmaqdan, yəni, əqli mühakimə prosesindən ibarətdir. Əqli mühakimə isə nizam-məntiq tələb edir. Hər hansı bir məntiq üsuluna əsaslanmada aparılan əqli mühakimə heç bir vaxt düzgün əqli nəticəyə gətirib çıxara bilməz. Bu cür insanların fikirləri xaotik mühakimələrdən, yəni, absurd fikirlərdən ibarətdir. Buradan da bəzi dini bilgiləri Quran ayələrinin zahirini sağlam ağılda təkrar mücərrədləşdirilməsi ilə dərk etməyin mümkün olduğu aydın olur. Əgər biz Quranı anlamaq üçün bütün bilgilərin təsvirini – görməmizi (təsəvürünü) tələb ediriksə, onda bu, təcrübənin idrakına uyğun olacaq və düşünmədən imtina etdiyimizə görə, Allahın əmrini pozmuş oluruq. Bu üsulla Allahın bizə verdiyi biliklərin çoxunu bilməkdən məhrum olacağıq. Məsələn, “Quranda “Quran müqəddəsdir” ayəsini mənə göstərin, əgər göstərə bilmirsinizsə, deməli, Quran müqəddəs deyildir”fikri təsvir tələb edən, birbaşa məntiq üsulu ilə dərk etməyə xas yanaşmadır. Quranbu dünyaya diqqət edib “bu dünya elə belə yaradılmayıb” qənaətinə gələnləri iman gətirənlər adlandırır. Buradan da Qurana baxıb, “bu kitab adi kitab deyil, müqəddəs kitabdir” qənaətinə gəlmək həmin insanın düşüncəsinin dərinliyindən – imanından asılıdır.
 
Elşad Mirinin fikirlərini Qurani-Kərimə xalis əqli elmi yanaşanlara – özündə olan bilgilərdən Quranı dərk edənlərə aid etmək olar – hansı ki, onun yanaşması dini şüura yox, emprik elmi şüura xasdir. Bu şüura görə, təcrübədə olmayan heç nə yoxdur. Yəni, Quranda “Quran müqəddəsdir” yazılmayıbsa, deməli, Quran müqəddəs deyildir. Onda bu məntiqlə, Allahı təcrübədə görə bilmədiyinə görə, “Allah yoxdur” qənaətinə gələnlər düz düşünür və ya Quranda “Allah vardır” şəklində ayə olmadığından, Allah yoxdur.
 
Buna görə də Elşad Miri bəzi təriqətlərə əks-cəbhədə dursa da, onlarla eyni şəkildə İslam dini haqqında yanlış mövqedədir.
 
Elektrikin olduğu hamıya məlumdur, amma heç kəs elektriki göstərə bilməz. Bəs, onda “Quran müqəddəsdir” ayəsini görməyən nə ücün Quranın müqəddəs olduğunu deyə bilməz? Allah-tala “bu dünya mənim bir ayəmdir”, “insan mənim ayəmdir” deyə bəyan edib. Təbiətə baxıb, bu sözləri kim söz kimi göstərə bilər?!
 
Elşad Miri orta əsrlərdə ömrünü başa vurmuş və ən ziyanlı İslam təriqətlərindən birinin – zahiri təriqətinin nümayəndələri kimi, Quran haqqında mühakimə yürüdür. Zahirilərə görə, Quranı yalnız ayələrin zahirinə görə dərk etmək olar. Buradan da belə nəticəyə gəlirdilər ki, “əgər Allah Quranda “Mənim əllərimlə yaratdığım…”ifadəsini bəyan edibsə, deməli, Allahın əlləri var. Bu məntiqlə də, zahiriliyə görə, əgər Quranda “Quran müqəddəsdir” ayəsi yoxdursa, Quran müqəddəs deyildir.
 
Elşad Mirinin yuxarıda sitat gətirdiyim çıxışından yalnız onunla razılaşmaq olar ki, “Qurana hər kəs toxuna bilməlidir. Toxunanda nə yazıldığını görməli, şahidi olmalı, Quran onun stolüstü kitabına çevrilməlidir.”
 
Amma Qurana toxunulma qaydasını pozan bir kəs, istəsə də, Qurana toxuna bilməz. Allah-tala Quranda buyurur: “Kim istəsə, iman gətirə bilər. Mən istəməsəm, kimsə istəyə bilməz”.
 
Allahın istəyi Qurandakı əmrlərindən ibarətdir. Buradan aydın olur ki, “Allahın əmrlərini icra edən kim istəsə, iman gətirə bilər”. Amma bunun əksinə, “Allahin əmrlərini icra etməyən kimsə, istəsə də, iman gətirə bilməz”. Çünki “Allah onların gözlərinə pərdə çəkir, qulaqlarını və qəlblərini möhürləyir”. Gözü var – görə bilmir; qulağı var – eşidə bilmir; dili var – danışa bilmir; ağlı var – həqiqəti idrak edə bilmir!
 
Ona görə, Elşad Mirinin bu fikirləri qismən düzgündür ki, bu fikirlər aydın Quran ayələrində hər bir adamın anlaya biləcəyi şəkildə bəyan edilib və insanlar doğru yola – İslam dininə yalnız Qurani-Kərimi oxuyub öyrənməklə gələ bilərlər.
 
Qurani-Kərimdən başqa hər hansı bir kitab hər hansı şəxsi İslam dininə istiqamətləndirə bilməz – hidayət edə bilməz və şəxsən Quran oxumadan, müsəlman olmaq olmaz. Bu gün müsəlmanlar Qurandan başqa kitabları (hədis kitablarını, alimlərin risalələrini, din tarixinə aid əsərləri və s.) oxumaqla İslam dinində olduqlarını düşünməklə, özlərini aldadırlar. Allahı aldatmaq isə mümkün deyil. Bunu Qurani-Kərimdə bəyan edilən “Məni bəndəmlə tək burax” ayəsi də sübut edir.
 
İnsan yalnız Quran oxuyanda Allahı ilə tək qala bilər. Müsəlmanlıq yəhudilikdən və xristianlıqdan onunla fərqlənir ki, insanların iman gətirməsi Allah-Quran-fərd üçlüyü ilə mümkündür. Bura başqa şəxslərin, hətta Peyğəmbərin, o cümlədənbaşqa kitabların qoşulması ilahi hidayətə ziddir və belə halda kimsə Allaha iman gətirə, Qurani-Kərimi anlaya bilməz.
 
Bu gün bir çox təriqətlər insanlara Quranı bilavasitə oxuyub ona iman gətirməyi qadagan edir. Onlar belə hesab edirlər ki, mütləq insanla Allah arasında əlavə bir vasitəçi olmalıdır. Bu vasitəçilər Allahla insanı tək buraxmadığından, Allahın əmrini pozmuş olurlar və bu üsulla hidayət mümkün olmur. Buna görə, hər bir müsəlman özü bilavasitə Qurani-Kərimi oxumalıdır.
 
Buradan sual cixir: nə ücün başqasının oxuyub bildiyi bilgini mənimsəməklə iman gətirmək mümkün deyildir?
 
Birincisi, iman gətirmə Allahın hidayətiylə şərtlənmişdir. Başqasının biliyindən bilik əldə etmək üsulu əqli elmlər ücün xasdır. Bir alim bir kəşf edir, sonra bütün insanlar həmin bilgini mənimsəyir. Quran hikmət – ilahi elm verdiyindən, onu əqli elmlərə xas vasitəli mənimsəmək olmaz! Quranı yalnız Allah insanın qəlbinə yeritdiyi halda, insan onu dərk edə bilər.
 
İkincisi, iman gətirmə əməllə şərtlənmişdir. Əgər bir başqası hansısa bir əməl edib, nəticədə iman gətiribsə, başqası isə belə əməl sahibi deyilsə, onda aydın olur ki, onun iman gətirməsi mümkünsüzlükdür. Buradan aydın olur ki, Quran əmrləri əsasında icra edilən heç bir yaxşı əməl həqiqi yaxşı əməl deyil, yaxşı əməlsiz Qurandan əldə edilən heç bir bilgi həqiqi hikmət deyil!
 
Üçüncüsü, ilahi bilginin dərk edilməsi dərəcələndirilmişdir. Riyaziyyatda hamı üçün “2×2=4”-dür, amma Quranda eyni bir ayədən insanlar fərqli nəticələr çıxarırlar. Bu, Kvant fizikasina uyğundur. Kvant fizikasında 2×2=0; 2×2=8; 2×2=2 və s. ola bilər. Yəni, Kvant fizikasında nəticə müşahidəçinin istəyindən asılıdır.
 
Qurani-Kərimdən Quranın müqəddəs olmaması fikrini Quranın müqəddəs olduğunu istəməyən hər bir insan çıxara bilər və bu, onun istəyi ilə bağlı olduğu üçün, ona görə, düzdür. Amma bunun başqaları ücün də düz olduğunu iddia etmək olmaz. Kafirlər Allaha inanmır. Bu, o demək deyil ki, mömin də inanmır. Allah Qurani-Kərimdə Özünü "məaric" – dərəcələyən adlandırmışdır. Bu, o deməkdir ki, iman gətirmə də dərəcələnmişdir. Yəni, dünyada elə iki adam tapmaq olmaz ki, onların imanı eyni olsun. Kimisə təqlid etməklə iman gətirmək mümkün deyildir! Peyğəmbərin, din alimlərinin əməlləri yalnız nümunə rolunu oynayır. İnsanlar həmin numunələr əsasında özləri yaxşı əməllər etmədikcə, iman gətirə bilməzlər.
 
Qurandan görünür ki, insanların əməlləri “zərrə” ilə, yəni, ağıla sığan ən kiçik dəqiqliklə ölcülür. Zərrə ən kiçik ölçüyə, amma ən böyük əhəmiyyətə malik fiziki mövcudluqdur. İnsan ağlı da dərəcələndiyindən, bir insanın imanı əsasında başqasının iman gətirməsi mümkün deyil.
 
Dördüncüsü, Qurani-Kərimə iman gətirmək qorxmaq istedadı – rasional qorxu ilə şərtlənmişdir. Yəni, insanlar nə qədər ağıllı olursa olsun, onlardaparafenomenial hiss – daxili qorxu hissi olmasa, Qurana iman gətirə bilməz. Hissi qavrayış fərdi olduğundan, insan yalnız özü bu hissi özündə yaşaya bilər. İnsan başqasının yaşantısını yaşaya bilmədiyindən, Qurani-Kərimə başqalarının biliyindən iman gətirə bilməz.
 
Beşincisi, Quranı bir dəfə oxumaqla anlamaq olmaz, çünki Quranı anlamaq tədricən, vaxt axarında mümkündür. Buna görə də, Quranı daimi – sürəkli olaraq oxumaqla iman gətirmək mümkündür. Bunun sayəsində də bu gün dərk edilməyən sabah dərkedilən olur və ya dərk etmədiyin bilgi yaxşı əməl etdikdən sonra dərkedilən olur.
 
İnsan bir dəfə iman gətirməklə, ömrünün sonuna kimi imanlı olmur. Yəni, iman, inamdan fərqli olaraq, dönər prosesdir, insan pis bir əməl etdikdə və ya Qurandan ayrıldıqda yenidən imanını itirir. Buna görə də insan, gərək, hər an iman gətirməyə çəhd edə ki, bu dünyadan imanlı kimi gedə bilə. Bu da Qurandan ayrılmamağı tələb edir.
 
Nəyə görə iman daimi təzələnməli – təkrarlanmalıdır?
 
Ekzistensial fəsəfəyə görə, insan situativ varlıqdır. Yəni, ruh yalnız insanın düşdüyü xarici situasiyalarda – vəziyyətlərdə təzahür edir. Buna görə, yuxuda ruhi ataraksiya yaranır, yəni, ruh təzahür etmir.
 
Quranda bu, “yuxuda ruhun bədəndən alınması” kimi bəyan edilmişdir. Bir insan öz həyatında heç bir vaxt eyni iki situasiyaya düşə bilmədiyindən və situasiyalartəsadüfi olduğundan, təsadüf isə zərurətin təzahür forması olduğundan, insan yalnız situasiyadan asılı olmayaraq, öz zərurət şərtlərini bildikdə düzgün davranış nümayiş etdirə bilər.
 
İnsanın zərurətə görə necə olması Quranda İlahi əmrlərlə müəyyən edilib. Ona görə də təsadüfi situasiyaya düşmüş insan Qurani-Kərimə uyğun davrandıqda düz yolda ola bilər. İnsanların azması onların düşdükləri situasiyaya uyğun davranmalarından meydana çıxır. Beləliklə, əgər Quran bütün ömür boyu mütəmadi oxunmaq ücün nazil edilibsə, demək, hər bir adam hər gün Quran oxumalıdır.
 
Amma Elşad Mirinin “biz niyə Quranı müqəddəsləşdirməliyik” fikri ilə də razıyam. Kimsə nə Allahı, nə Quranı, nə Mələyi, nə də Peyğəmbəri müqəddəsləşdirə bilər. Çünki onlar özündəmüqəddəs olduqlarından, insanların müqəddəsləşdirməsinə ehtiyacları yoxdur. Allah ehtiyacsızdır!!!
 
İki cür müqəddəslik aşkar etmək olar: atributiv və predikativ.
 
Atributiv – yalançı, predikativ – həqiqi müqəddəslikdir.
 
Əvvala, insanın müqəddəsləşdirdiyi hər şey yalançı müqəddəslikdir. Yəni, atributivdir, kənardan obyektə müncər edilmədir. Bu səbəbdən, insanların öz subyektiv mülahizələrinə görə müqəddəsləşdirdikləri hər hansı varlıq həqiqqi müqəddəs ola bilməz. Roma kilsəsi kralları, əzaba məruz qalmış xristianları, din xadimlərini, övliyaları müqəddəsləşdirmişdir.
 
İslama görəsə, bunların heç biri müqəddəs ola bilməz. O cümlədən İslamda müqəddəs hesab edilən, amma Quranda iman gətirilməsi tələb olunmayan heç bir obyekt və ya şəxs müqəddəs ola bilməz. İnsan müqəddəsləşdirməsinin zirvəsibütpərəstlikdir. Buna görə, Allah bütləri batil adlandırmışdır.
 
Nə ücün insan müqəddəsləşdirə bilməz? İnsan özü müqəddəs olmadığından,müqəddəs olmayanın müqəddəsləşdirməsi absurddur. Kmsə nə Allahı, nə Quranı, nə Peyğəmbəri, nə də Mələkləri müqəddəsləşdirə bilər.
 
İkincisi, həqiqi müqəddəslik predikativdir, yəni, substansivdir, substansiyadan ayrılmazdır və substansiyadan çıxandır.
 
Qurani-Kərim müqəddəsdir. Özü müqəddəs olanı isə kimsə adiləşdirə bilməz.Əgər dini obyektlər insanların iradəsindən asılı olaraq müqəddəsləşdirilsəydi, ondakafirlərin Allahı inkarı ilə, həqiqətən, Allah inkar olunardı.
 
Beləliklə, aydın olur ki, biz istəsək də, Quranı müqəddəsləşdirə bilmərik. Bunun əksinə – kimsə istəsə də Quranı müqəddəssizləşdirə bilməz, çünki Quran özündəmüqəddəsdir (Hegelin “özündəşey” anlayışına uyğun).
 
Qeyd edim ki, sovet dönəmində xurafatla din eyniləşdirilmiş və din insanların gözündə ən aşağı şüurun məhsulu kimi təqdim edilmişdir. Buradan da insanlar dini şüuru – ibtidiai şüurla eyniləşdirmiş, bu cür şüuru olan insanları savadsız, elmsiz insanlar kimi qəbul etmişlər. Amma şüurun təsnifatında dini şüur ən yüksək şüur kimi mövcudur. Bu ardıcıllıq belədir: ibtidai, cari, elmi, nəzəri, fəlsəfi və dini şüur.
 
Nə ücün dini şüur ən ali şüurdur?
 
Həqiqətin dərəcələnməsinə görə, mütləq həqiqət ən ali həqiqətdir, mütləq həqiqəti insan bilavasitə aşkarlaya bilməz, belə bilgilər kənardan verilə bilər və insan onları nisbi olaraq idrak edə bilər.
 
Mütləqlik Allaha xas əlamətdir. Mütləq olan hər şey müqəddəsdir. Buradan da aydın olur ki, Quran zahiri mütləq, batili mənaları nisbi olan bir kitabdir və insanlar öz şüur səviyyələrinə uyğun ondan hansısa bilikləri öyrənə bilər. Hamının Quranın bütün mənalarını dərk etməsi mümkünsüzlükdür.
 
Quranı bu cür – fərqli dərketmə dini şüur kimi təzahür edir. Buradan aydın olur ki, mütləq həqiqəti dərk edən şüur da ən ali şüur olmalıdır. Bu, İ. Kantın transendental şüur adlandırdığı şüura oxşardır. Transendental şüur özü idrakın sərhədlərindən kənardan aprior ideyalar əldə edir, buradan rasional teologiya meydana çıxır, dini şüur idrakın sərhədlərindən kənardan verilmiş bilgiləri mənimsəyir.
 
Nə ücün dini şüur ən yüksək şüurdur?
 
Şüurun bütün formaları hissi idrak olunan mövcud dunyanı dərk etmək gücünə malikdir. Dini şüur isə bu dünya və bu dünyaya əks aləm – Axirət və hər iki aləmi yaradan Tək Ali Varlığı idrak edən şüurdur. Buradan aydın olur ki, şüurun bütün dərəcələri dini şüurun yaranmasına xidmət edir. Beləliklə, fəlsəfi düşünmə qabiliyəti olmayan kimsə dini anlaya bilməz.
 
Fəlsəfəçilik – fikirləşmək deməkdir. Fikirləşmək – özündən (Ruhundan) elə ideyaları aşkarlamaq deməkdir ki, həmin ideyalar yalnız şüurun özündən aşkarlana bilər.
 
“Mənə göstərin, inanım” prinsipi ilə işləyən şüur ən aşağı dərəcəli cari – emprik şüurdan ibarətdir. Buna görə, Allah-tala “Görmədən inananlar həqiqi iman gətirənlərdir” – deyə, Quranda bəyan edir. Bu səbəbdən Siz Quranın müqəddəs olması ilə bağlı ayəni bilavasitə görmədən, onun müqəddəsliyinə inandıgınız anda iman gətirmiş olursunuz…
 
“Görmə” ilə “baxma” fərqli anlayışlardır. Əslində “görmə” “bilmə”nin sinonimidir. Yəni, “görmə” “bilmək” deməkdir.
 
İki cür görmə vardır: baxmaqla görmə və baxmaqdan görmə.
 
Bəzi gözlə insanlar baxırlar, amma görmürlər. Korlar isə baxmır, amma görürlər. Bu cür korlar həqiqi iman gətirənlərdir.
 
Bzim təcrübədən hssi və ya demostrativ idrak üsulu ilə əldə ediyimiz bütün əqli bilgilərimiz sintetikdir, yəni, nisbidir, formaldır…
 
Daha dəqiqi, obyektlə subyektin bilgisinin sintezindən ibarətdir. Dini bilgilər xalis bilgilərdir, onlar sintetik bilgilər deyildir. Sintetik bilgi baxma ilə görmə, xalis bilgi yalnız qəlb gözü ilə görmə tələb edir.
 
Məsələn, “Nyuton qanunları” mexaniki fizikanın nizamı ilə Nyuton ağlının ortaq məhsuludur. Buna görə hamının başına alma düşsə də, yalnız Nyuton başına düşən almadan Ümumdünya Cazibə Qanununu kəşf edib. Beləliklə, həmin qanun “Nyutonun qanunu” adlanır, təbiətin yox.
 
Dini şüurla əldə edilən bilgilər – Ali Subyektlə (Allahla) subyektin (Ruhun) bilgisindən ibarətdir. Yəni, belə bilginin ideyalarının hər ikisinin əsası subyektə – mücərrədliyə xasdır. Dini bilgi – xalisdir, mütləqdir, faktikidir.
 
Bu cür biliklərin generasiyası fərqli təsvir, fərqli məntiq üsulu, fərqli düşüncə, fərqli diqqət və fərqli qavrayış tələb edir.
 
Dini şüur yalnız şüurun vəziyyətinin dəyişilməsində (psixologiya sübut edib ki, insanın xolotrop – tama istiqamətlənməsi bu cür dəyişilmə tələb edir) meydana çıxır ki, şüurun vəziyyəti yalnız xüsusi hissi emosional vəziyyətlərdə baş verir.
 
Quran oxunaraq ona o zaman iman gətirlə bilər ki, insan Quranı oxumağa cəhd edərkən, onun şüurunun vəziyyəti dəyişilsin. Bunun ücün ona daxili hissi emosional təsir tələb olunur ki, bu təsir Quranın İlahi Kitab olması, Quranın müqəddəsliyi, Quranın insan həyatına yön vermə gücünə malik olmasına inam və ümidlə sıx bağlıdır.
 
Qurani-Kərimə natəmiz halda toxunmaqdan qorxmadan ona toxunduqda insan hec vaxt Quranı anlaya bilməz. Çünki adi şüuri vəziyyətdə hikməti anlamaq olmaz. Buradan aydın olur ki, insan Quranı zərurətə görə müqəddəs bir kitab kimi təsəvvür etdikdə və tələb olunan şəkildə ona toxunduqda, iman gətirməyə başlaya bilər.
 
Yəni, insan Quranın müqəddəsliyini səmimi qəlblə etiraf etməlidir ki, bu, ona toxunmaq ücün məsuliyyət hissi, daxili həyəcan yaratsın və bu da öz növbəsində, onun şüurunun vəziyyətini dəyişsin, ağlının qapılarını hikməti qəbul etməyə açsın. Bunlarsız şüur öz vəziyyətini dəyişdirə bilməz.
 
Beləliklə, Qurani-Kərimi cari, elmi, nəzəri və fəlsəfi yanaşma və şüurun sabit vəziyyəti ilə dərk etmək olmaz.
 
Nə ücün Quranı şüurun adi vəziyyətində dərk etmək olmaz?
 
Qurani-Kərim dünyəvi kitab deyilsə, məntiqlə onu dünyəvi kitabları anlama üsulu ilə anlamaq mümkün deyildir. Bunun ücün xüsusi anlama üsulu tələb olunur ki, bu üsul Qurani-Kərimdə “hidayət” adlanır. Hidayət Allah tərəfindən istiqamətləndirilməklə anlamadan ibarətdir.
 
İnsanın insanı istiqamətləndirməsi ilə insan Quranı anlaya bilməz. Qurani-Kərimin“Kəfh” surəsində bu, “Allahın öyrətdiyi həqiqətə istiqamətləndirmə elmi” adlanır.
 
Bəs Quran özündəmüqəddəsdirmi?
 
“Quran müqəddəsdirmi?” sualına cavab verməmişdən öncə, iki məsələyə aydınlıq gətirmək lazımdır:
 
1. “Müqəddəs” sözünün mənası nədir? Bu söz ərəb dilində “ən əziz, ən istəkli şey” mənasını verir. “Müqəddəs” sözü “Quddus” sözündən götürülüb, mənası “pak və bərəkətli” deməkdir. Buna görə də müqəddəs yerləri ziyarət edənlər paklanmış (eyibləri qalır) hesab olunur. Allahın vəhy göndərdiyi Mələk də Quranda “Ruhul Quddus”-“Müqəddəs Ruh” adlanır. Burada “müqəddəs” sözü – “pak”, “nöqsanlardan və eybilərdən təmizlənmiş” mənasında işlənir.
 
Deməli, “müqəddəs” sözünün aşağıdakı anlayışını təyin edə bilirik. Müqəddəs – eyib və qüsurları olmayan, ən istəkli, ən əziz nəsnədir.
 
Beləliklə, hər hansı bir varlıq mütləq şəkildə eyib və qüsurlara malik deyilsə və zərurətə görə istəniləndirsə, o müqəddəsdir.
 
İslam dinində dörd müəddəs varlıq təyin olunub: Allah, Mələk, Peyğəmbərlik – Ruhu və Kəlam.
 
Əgər Quran müqəddəs deyilsə, bu, o deməkdir ki, eyibli və qüsurludur və zərurətə görə, istənilən deyil; onda belə fikir yaranır ki, Quranın nazil ediməsinə zərurət olmayıb və bu kitab təsadüfən ortaya çıxıb.
 
Bu fikir ateistlərin “bu dünya təsadüfən yaranıb” fikri ilə eynilik təşkil edir və hər iki fikir küfrdür.
 
Bu fikir həm də kafirlərin, başqa din mənsublarının Quran haqqında söylədiklərinə uyğundur. Çünki kafirlər Quranı zərurətə görə istənilən bir kitab hesab etmədiklərindən, Allahın doğru yolundan çıxırlar.
 
Heç kimin Quranı müqəddəsləşdirməyə və müqəddəsizləşdirməyə gücü çatmaz. Quran özü özündəmüqəddəsdir. Yəni, Quranın müqəddəsliyi insanların ona yanaşması ilə təyin oluna bilməz. Belə olmasaydı, onda kafirlərin mövqeyi düz olardı. Çünki onlar Qurani-Kərimi müqəddəsləşdirmirlər. Quran insanların istəklərindən asılı olmayaraq müqəddəsdir. Bunun aşağıdakı sübutları vardır:
 
1. Yoxluq şərti olmayan hər şey müqəddəsdir;
 
Yoxdan yaradılan hər bir şey varlıqla yoxluğun vəhdətindən mövcud olduğundan, özündə ziddiyyət – əksilik saxlayır ki, bu da bütün mövcud olanların qüsurluolduğunu göstərir. Bu qüsur onların sürəkli olaraq dəyişilməsinə – qüsurdan azad olmasına cəhd yaradır ki, biz bunu “Bu dünyada hər şey dəyişilir, hər şey fani və məhduddur” kimi başa düşürük və Quranda bu, “Allahın yartdıqları Allaha qayıdır” kimi ifadə edilib…
 
Qurani-Kərim yoxluqdan yaradılmayıb, fani və məhdud deyil, heç bir hərfi belə dəyişilmir, dəyişdirilməsi mümkünsüzdür, bu Kitab Allahın yanında olan Lövhü-Məfhuzdan bir pay kimi götürülüb.
 
Qurani-Kərimdə yoxluq şərti olmadığından, o, əbədi və sonsuz varlıq kimimövcuddur.
 
Butün bunlar Qurani-Kərimdə aydın şəkildə bəyan edilib.
 
2. Hissə ilə tam bir- birinə uyğundur;
 
Hər bir şeyin tamının hissəsi həmin tamın tabe olduğu qanunlara tabedir. Qurani-Kərimin “Hicr” surəsinin 1-ci ayəsində bəyan edilir: “…Bu surə bu kitabın, aydın və aydınlıq gətirən Quranın ayələridir və bu, Lövhü-Məhfuzda sabit olan ayələr və həmin Lövhədə olan aydın Quranın ayələridir”.
 
Bu ayədən görünür ki, Quran, Lövhü-Məhfuzda olan ayələrdən təşkil olunub. Lövhü-Məhfuzun müqəddəs olması açıq ayə ilə bəyan edilib. Əgər Lövhü-Məhfuz müqəddəsdirsə, deməli, ondan bir pay kimi götürülmüş səmavi kitablar, o cümlədən Qurani-Kərim də müqəddəsdir.
 
Qurani-Kərimdə aydın ayələrdə Lövhü-Məhfuzun müqəddəs olduğu, Allahın əmri olmadan, hətta mələklərin ən müqəddəslərinin belə, ona toxuna bilmədiyi bəyan edilib…
 
Əgər Lövhü-Məhfuza pak olan mələklərin toxunmasına icazə verilirsə, onda onun hissəsi olan Qurana pak olmayan insan necə toxuna bilər?
 
Qüsul və dəstəmaz insanların nisbi paklanmasından ibarətdir. Buna görə, Qurana toxunmaq insanlardan pak olmağı, yəni, qüsullanmağı və ya dəstəmaz almağı tələb edir.
 
3. Qurani-Kərim Quddus olan Allahin istəyi ilə insanlara nazil edilib;
 
Allah-tala müqəddəs olduğundan, O, müqəddəs olmayan nəsə istəməz. Bu, Allaha yaraşmaz. Özü Müqəddəs olmayan bir kitab napak insanları paklaya bilməz.
 
4. Qurani-Kərim Ruhul-Quddus vasitəsi ilə Peyğəmbərə nazil olub; Əgər Quran müqəddəs olmasaydı, onda o, istənilən mələk tərəfindən yendirilərdi. Və ya müqəddəs olmadığından, Ruhul-Quddusun müqəddəsliyinə xələl gətirərdi.
 
5 . Elşad Miri deyir: “Qurani-Kərimin heç bir ayəsində bu kitabın müqəddəs olması barədə bir ayəyə rast gələ bilməzsiniz.”
 
Bu fikir əsassızdır. Bilinməyənlərlə bağlı birbaşa məntiq üsulu ilə dərk olunan bilgi verilməsi mümkünsüzlükdür və bu üsulla yalnız dünyəvi bilgilər dərk oluna bilər. Qurani-Kərimdə bu kitabın müqəddəs olduğu başqa məntiq üsullarına uyğun bəyan edilib…
 
Aşağıda dolayı məntiq üsulu ilə Quranın müqəddəs olduğunu bəyan edən bəzi ayələr haqqında izah verəcəyik.
 
Quran ad yox, anlayış olduğundan, o, Quranda müqəddəs kitab kimi təyin olunub, nəinki adlandırılıb.
 
Məntiq elmindən məlumdur ki, ad anlayış və məfhumla müqayisədə daha sadə biliklər – cari biliklər verir. Mütləq bilgilər işarə və nişanlarlara; ən ümumi və bəzi ümumi bilgilər – məfhumlarla; elmi bilgilər – anlayışlarla ifadə edilir…
 
Allah-tala Öz varlığını nişan və işarələrdən dərk etməyi də məhz buna görə seçib. Qurani-Kərim Allahın varlığının mütləq işarəsidir. Buna görə də onun müqəddəsliyi adlandırma ilə yox, tam mətni ilə sübut olunur.
 
Nə ücün Qurani-Kərimdə “Quran müqəddəsdir” yazılmayıb? Əgər belə bir ayə yoxdursa, biz Quranı müqəddəs hesab edə bilərikmi?
 
Əgər mən Elşad Miriyə sual versəm ki, səni kim yaradib? O deyəcək: “Allah”. Əgər desəm ki, bunu hardan öyrənmisən? Deyəcək: “Qurandan”.
 
Mən Qurani-Kərimə izah yazdığımdan, şəxsən Qurani-Kərimi yüz dəfələrlə oxumuşam. “Qurani Kərimdə “Mən Elşad Mirini yaratmışam” ayəsi yoxdur. Deməli, Elşad Miri yalan deyir, onu Allah yaratmayıb.
 
Əlbəttə, bu, sofistik yanaşmadır. Yəni, sualların qoyuluşu düz, amma mənaları yanlışdır. Çünki Allah Quranda “hər şeyi mən yaratmışam” deyə, bəyan edirsə, Elşad Miri də yaranmş hər bir varlıqdırsa, sağlam ağılla Elşad Mirinin arıçılıq məntiqinin ayırma üsulu (çoxluqdan ayırma) ilə Allahın yaratdığı sübut olunur.
 
Cünki o da bir kimi, “hər”ə daxildir. Qurani-Kərimin Quranda müqəddəs adlandırılmaması da bu mənada onun müqəddəs olduğunu istisna etmir.
 
Biz idrak etdiymiz obyektləri onlar bunu bizə ifadə etmədən dərk edirik. Alma “mən almayam” dediyinə görə onu alma hesab etmədiyimiz kimi, Quran da “Mən müqəddəsəm” dediyinə görə müqəddəs hesab edilə bilməz.
 
Qurani-Kərimdə “Allah müqəddəsdir” ayəsi yoxdur. Allahın zatı haqqında bilgi verən“İxlas” surəsində belə bir söz işlənmir. Bu, o deməkdir ki, Allah müqəddəs deyil?
 
Bilinməyənləri, o cümlədən Quranı birbaşa məntiq üsulu ilə dərk etmək olmaz. Məsələn, Quranda “Allah vardır” bəyanı yoxdur. Bu, o deməkdir ki, Allah yoxdur?
 
Quranda “Alladan başqa ilah yoxdur” bəyan edilir. Buradan biz digər ilahların yoxluğunu sübut etməklə, əksiliklərdən dolayı məntiq üsulu ilə Allahın tək bir varlıq olduğunun əqli nəticəsini əldə edirik. Buradan aydın olur ki, Quranı dərketmə həm də düşünən insanın iştirakını tələb edir. Düşüncə isə məntiqlə həyata keçirilməlidir.Sağlam ağıl da buna görə tələb olunur. İnsan Quranı dərk edərkən, nə dərəcədə sağlam ağılla idraka cəhd edirsə, bir o qədər Quranı düzgün dərk edir.
 
6. Elşad Miri yazir: “Digər kitablardan bunun fərqi nədir?”
 
Bilmək lazımdır ki, Qurani-Kərim həm bütün dünyəvi, həm də özündən əvvəlki dini kitablardan fərqlənir.
 
Birincisi, Qurani-Kərimin digər bütün bəşəri ktablardan fərqi onun səmavi olması,yəni, Allah-tala tərəfindən göndərilməsi, bütün digər kitablarda olan ən dəqiq bilglərdən, daha dəqiq bilgilərlərlə yanaşı, heç bir dünyəvi kitabda olmayan biliklər verməsi, verdiyi biliklə insanları əxlaqi islah etməsi və insan ruhunu nizama salmasıdır.
 
İkincisi, Qurani-Kərimin digər əvvəlki üc səmavi kitabdan fərqi onun nazil edilməsi zərurəti, üsulu və mahiyyəti ilə bağlıdır.
 
Quran İlahi bəyanın tamamlanması kimi, tədricən və zərurətə görə bəyan edilib.Quran və əvvəlki üç kitabda onlara edilən əlavə və təhriflər istisna olmaqla, müqəddəsdir. Amma biz həmin səmavi kitablarda nələrin təhrif edildiyini, nələrin əlavə edidiyini bilmədiyimizə görə, Quran isə hec bir təhrifə məruz qalmadığından və məruz qoyulması mümkünsüz olduğundan (Qurani-Kərimi Allah-tala özü qoruyur) Quran, şəksiz, müqəddəs kitabdır.
 
Əvvəlki, səmavi kitablara inananlar ücünsə o kitablar tam şəkildə müqəddəsdir. Müsəlmanlar tərəfindən əvəllkilər tam müqəddəs kitablar kimi qəbul edilə bilməz. Amma onlarda Quranla təsdiq olunan bütün ayələr müqəddəsdir…
 
Beləliklə, Quran tam, əvvəlki səmavi kitablar hissəvi müqəddəs kitablardır. Heç bir dünyəvi kitab isə müqəddəs deyildir.
 
7. Quranın ərəbcə nazil olmasının zərurəti;
 
Elşad Miri sual verir: “Ərəbcəsi olmasaydı, nə deyəcəkdiniz?”
 
Buradan belə bir sual meydana çıxır: Qurani-Kərim təsadüfən ərəbcə nazil olub, yoxsa hansısa zərurətə görə?
 
Allah-talanın işlərində təsadüf olmadığından, Quran zərurətə görə ərəb dilində nazil olub. Bu zərurət nədən ibarətdir?
 
Əvvala, Qurani-Kərimin ərəbcə olması onu müqəddəs etmir, əksinə, Quran mətninin ərəbcəsi həmin mətnin ərəbcəsini müqəddəs edir. Buna görə də, ərəb dilində olan və ərəb qrafikasında yazılan heç bir qeyri-ilahi mətn müqəddəs deyil…
 
İkincisi, Qurandan aydındır ki, dillərin müxtəlifliyi Allahın dəlilidir. Ərəb dili də Allahın dəlilidir. Əgər Allah ərəb dilini seçib, öz kitabını bu dildə nazil edibsə, bu, bizim ücün ərəb dili və qrafikasına xüsusi ehtiramla yanaşmamızı tələb edir. Ehtiram və hörmət müqəddəsləşdirmək demək deyil, sadəcə qəbul etmək deməkdir.
 
Üçüncüsü, Quranın ərəbcə nazil edilməsi Quranda təkrarlanan ayələrdə xüsusi vurğulanır, bu da bizim diqqətimizi Quranın ərəb dilində nazil edilmə səbəbinə istiqamətləndirməyə xidmət edir.
 
Quranın ərəb dilində nazil edilmə zərurəti – öz dövründə daha çox azğınlaşmış ərəblərə nazil edilməsi, ikincisi, ərəb dilinin daha zəngin və hissi emosional təsirə malik olması ilə onun sonradan qoşulanları cəlbetmə gücü, ücüncü və ən vacibi, özündə Allahın varlığının sübutu kimi çıxş etməsi ilə bağlıdır.
 
Əgər başqa dillər Allahın varlığının sübutu kimi çıxış etmirsə, onda ərəb dili dini bilgilərin bəyan edilməsində əhəmiyyətli dil kimi təsəvvürə gəlir. Yəni, Quranın ərəb dilində olması həm bu dillə xəbər verilməsi, həm də bu dilin özünün xüsusi imkanları ilə əlavə ünsiyyət yaratma xüsusiyyətləri ilə bağlıdır ki, bu sonuncu da Allahın məqsədlərinə xidmət edir.
 
Ərəb dili və qrafikası müqəddəs mətni digər dil və qrafikalardan daha dəqiq, daha aydın və aşkar ifadəetmə imkanına malik olması ilə fərqlənir… Qurani-Kərimin ərəb dilində olması və ərəb qrafikası ilə yazılması buna görə vacibdir.
 
Bir şeyin xarici görüntüsü (hissi təsiri) nə dərəcədə həmin şeyin idrakı üçün vacibdirsə, Quran mətninin görüntüsü də onu idrak etməkdə bir o qədər vacibdir.
 
Milli təəssübkeşlikdən çıxış edib, ərəb dilində Quranın oxunmasını və yazılmasını vacib hesab etməyənlər yanılırlar.
 
Qurani-Kərimin ərəb dilində nazil olması bu dinin ərəb dini olması demək deyil. Ərəb dili söz yaradıcılığı tələb edən flektiv dildir. Fleksiya danışandan asılıdır, dildən yox. Buna görə də ərəb dili bu dildə danışanlara daha çox azadlıq verir. Məsələn, “mktb” sözü əsasından kim istəsə “məktəb”, kim istəsə “məktub” sözünü fleksiya edə bilər. Bu da ərəb dilinin cəmləşdirici imkanına sübutdur.
 
Ərəb dilinin lügət fondu bütün dünya dillərindən böyükdür. Flektiv dil olduğundan,ünsiyyət funksiyası güclü, söz bazası zəngin oldugundan işarə funksiyasidəqiqdir. Məsələn, bizim dilimizdə “dəvə” sözü var və bu, bir heyvan növünə aiddir. Ərəblərdə yüzlərlə söz var ki, dəvəyə işarə edir, amma bu zaman həmin söz ayrı-ayrılıqda həm də dəvənin yaşını, minilib-minilməməsini, boğaz və ya qısır olmasını, arıq və ya koklüyünü bildirir. Bu da sözün daha dəqiq ifadə imkanını sübut edir.
 
Xristianlar, bir qayda olaraq, kilsə dili kimi ispan dilindən istifadə edirlər. Cünki ispan dili daha təmtəraqli dil effekti yaradır. Eləcə də, buna uyğun ərəb dili Allaha müraciət – dua üçün ən məqbul dildir.
 
Ərəb qrafikası, digər qrafikalardan fərqli olaraq, hərfləri konkret fomalardan yox, düz, əyri xətlərdən və nöqtələrdən ibarətdir. Bu da həmin qrafikanın təsvir yaratmaqimkanına malik olduğunu göstərir.
 
Ərəb qrafikasının zahiri görünüşü əmələgəlmə prosesini əks etdirir. Digər qrafikalar konkret formal fərqlərlə mövcudolma prosesini simvolizə edir. Əmələgəlmə, yaranma kimi, yaradılışa daha yaxındır…
 
İslam dinində insan formalaşma prosesinə daxil oduğundan, bu, dinin də ərəb dili və qrafikasının formalaşma prosesinə uyğun olmasına görə seçilməsini şərtləndirib.Bu qrafika həm də piktoqraf kimi, hərfi təsvirləri ilə bilik verir. Buna görə ərəb qrafikası xüsusi bir təsviri sənət növünü – kalloqrafiyanı meydana çıxarıb.
 
Beləliklə, ərəb dilində və ərəb qrafikasında yazılan istənilən Quran mətninə paralel həmin dil və qrafika da müqəddəsdir.
 
Qurandan kənar isə ərəb dili və qrafikası əhəmiyyətlidir. Lövhü-Məhfuzda lövhə – bu dünyada Quranı ifadə edən dil və qrafika kimi təzahür edir. Gərək, lövhə müqəddəs olsun ki, özündə müqəddəs mətn ifadə etsin.
 
Buradan belə əqli nəticə alınır: ərəb dili və qrafikası özündə müqəddəs deyildir, Quran mətnini ifadə edən dil və qrafika müqəddəsdir. Necə ki Ruhul-Quddus Quran ayələrini Peyğəmbərə nazil edib, eləcə də ərəb dili və qrafikası bir müqəddəslik kimi, Quranı insanların qəlblərinə endirir. Əgər biz Quran mətnini onu ifadə edən dildən və qrafikadan ayıra bilsəydik, onda yalnız mətnin özünü müqəddəs kimi qəbul edə bilərdik. Qurani-Kərimin mətni yazıldığı dilə, qrafikaya və materiala şəfaət verərək, onları paklayır…
 
Elşad Miri yazır: “Bu kitabın çap olunduğu kağızın digər kağızlardan nə fərqi var? Fərq, sadəcə, burada ərəb əlifbasının olmasıdırmı? O zaman bu məntiqdən belə çıxır ki, ərəb əlifbası müqəddəsdir?”
 
Qurani-Kərim yazılmış hər hansı bir material, o cümlədən Quran mətni olan kağız müqəddəsdirmi? Əgər mən Elşad Miriyə desəm ki, cibindəki pullar kağızdır, onları, cır at, o, bunu qəbul etməyəcək. Çünki pul adi kağızdan onunla fərqlənir ki, onun üzərinə rəsm edilmiş pul nişanı ona əlavə dəyər qazandırır və o, mübadilə vasitəsinə cevrilir.
 
Əgər bir kağızın üzərinə yüz manat yazmaqla o kağız öz qiymətindən min dəfələrlə artıq dəyər əldə edirsə və mübadilə vasitəsinə cevrilirsə, onda necə ola bilər ki,üzərində Allahın kəlamı olan hər hansı bir material, o cümlədən kağız, Allahla rabitə vasitəsi kimi müsəlman ücün əlavə dəyər qazanmasın?!
 
Bu yaxınlarda bir kvadratmetrdən az bir bez parçası dünya birjasında 450 milyon dollara satılmışdır. Bu pula milyon metrlərlə bez və ya bez istehsal edən onlarca fabrik almaq olar. Bəs, onda niyə bu bez parçası bu qədər qiymət əldə edib? Çünki, birincisi, onda İsa peyğəmbərin şəkli əks olunub, ikincisi, bu, yüz illər bundan əvvəl cəkilib və üçüncüsü, bunun müəllifi dünyanın dahi rəssamlarindan biridir.
 
Buradan üç nəticə alınır: əvvəla, bu əsərin qiyməti ondakı təsvirlə – İsa peyğəmbərə insanların münasibəti ilə müəyən olunur; ikincisi, əsrlərlə bu əsər qorunub saxlanıb, bu günə gəlibsə, bu işə milyonlarla dollar pul və insan əməyi sərf olunub. Əsərdə dünyanın dahi bir rəssamının bilavasitə əl işi əks olunub.
 
Bəs, bir kağızın üzərində Allahın kəlamı yazılıbsa, necə? Allah bütün dahiləri yaradan, Quran isə zamanüstü kəlamdır. Və Quran insanı nadanlıqdan, cahillikdən, günahdan xilas edən bir kitabdır. Quranı qoruyan Allahdır, Allahın əməyi ölçüsüzdür.
 
Bu müqayisədən aydın olur ki, Quran yazılmış kağızı hər hansı miqdar pulla və ya əmttə ilə qiymətləndirmək belə, mümkün deyil. Ona ancaq xalis dəyər vermək olar ki, bu da həmin kağızın Quran mətni yazıldığına görə əldə etdiyi ikincili dəyəridir.
 
Bu müqayisənin yanlış olmasına sübut kimi, həmin əsərin orjinal, Qurani-Kərimin isə tirajlanan olması göstərilə bilər. Zatən Quran tirajlanma tələb edən kitabdır.Qurani-Kərimdə Allah-tala “Mən vəhy nazil etdikdən sonra, dərhal “insalara xəbər verin” əhdini aldıqdan sonra peyğəmbərlərə vəhy etdim” deyə, bəyan edirsə, tirajlama Quranın müqəddəsliyini aradan götürməz.
 
Bəs müqəddəs Quran adi bir kağızı müqəddəs edə bilərmi? Qurani-Kərimdə pak ruzilərin, nemətlərin napaka cevrilməsi ilə bağlı aydın ayələr vardır. Məsələn, əti pak buyrulmuş heyvan yırtıcılar tərəfindən öldürülmüşsə, onun əti napak olur.
 
Buradan görünür ki, dini inanca (şüura) görə, napak paka, pak da napaka təsir edib, bir-birinin təbiətini dəyişə bilər… Əgər napak pakı napak edirsə, onda pak da napakı paklamalıdır. Bu, Qurani-Kərimin insanlara nazil edilməsinin ən birinci səbəbidir.Quran ona görə insanlara nazil olub ki, onların Ruhunu paklandırsın. Quran daxil olduğu qəlbdə Ruhu paklayırsa, deməli, yazıldığı kağızı da paklayır və müqəddəs edir. Quranın müqəddəsliyi batini müqəddəslikdir. Ona görə də, Quran yazılmış kağızın zahirinə görə onun müqəddəsliyinə şübhə salmaq mənasızdır.
 
Digər bir məsələ “Qurana qüsulsuz toxunmaq olarmı?” sualı ilə bağlıdır.
 
Bu sualın cavabı toxunmaq məqsədindən asılıdır. Əgər inanclı bir adam iman gətirmək niyyəti ilə Qurana toxunmaq istəyirsə, deməli, o, Quranla paklanmaq istəyir.
 
Paklanmaq zahiri və batini, konkret və mücərrəd olmaqla, iki cürdür. İnsankonkret cismən özü özünü, Allah-tala Ruhən mücərrəd olaraq onu Quranla paklayır. Buna görə, insan Allahın əmrlərini icra etməli, cismən və ruhən paklanmağa başlamalıdır.
 
Quran Allahla insan ittifaqında dərkolunan olduğundan, insan özü özünü fiziki olaraq xüsusi rituallarla Allahın əmrinə uyğun təmizləməlidir ki, Allah da Öz növbəsində onu günahlarından mücərrəd şəkildə təmizləsin, paklasın. Yoxsa sən öz əlində olan imkana uyğun təmizlənmək istəmirsənsə, onda Allah-tala da səni təmizləməz.
 
Kafir və ya başqa dinlərdən olan kəs Qurana bir dünyəvi kitab kimi baxır, onun Allah kitabı olduğuna inanmır. Buna görə də bu kitaba istədiyi kimi toxuna bilər. Bu zaman Quran onu paklamaz. Belələri isə Qurana iman gətirə bilməz.
 
Eləcə də tanışlıq və ya tədqiqat məqsədi ilə Quran kitabına qüsulsuz toxunmaq olar.
 
Digər tərəfdən də, əgər bir şey pak və təmizdirsə, mənitiqlə onu çirkləndirmək olmaz. Buna görə də Qurana natəmiz toxunmaq onun paklandırma gücünü həmin adam üçün aradan aparar.
 
Qurani-Kərimə təmiz və qüsullu şəkildə toxunmaq İlahi əmrlərdəndir. Burada Qurana toxunmaq dedikdə, Quran ayələri yazılmış konkret hər hansı bir kitab nəzərdə tutulmur. Burada toxunmaq mücərrəd mənada toxunmağa, yəni, Quranı mənimsəməyə və onunla təmizlənməyə, ondan Allahla rabitə yaratmağa cəhdə işarə edir.
 
Quran özü pak və müqəddəs olduğundan, məntiqlə, ona toxunan insanları da paklayır və təmizləyir.
 
Bəs, kafirlər Qurana toxunanda Quran müqəddəslikdən məhrum olurmu? Allah-tala Quran oxunanda kafirlərlə arada pərdə çəkdiyini, onların qulaqlarına və qəlbinə möhür vurduğunu bəyan edir. Buradan aydın olur ki, əslində kafirlər zahirən Quran oxuyarlarsa da, batinən Quranı heç cür oxuya və onun batininə toxuna bilməzlər.
 
Qurani-Kərimin müqəddəsliyinin ən ciddi sübutu “Quran oxunan zaman Allahın orada hazır olmasıdır”. Əgər Quran müqəddəs olmasaydı, onda o oxunan zaman Quddus olan Allah orada hazır olmazdı, çünki Allah hər cür qüsur və eyibdən uzaqdır.
 
QURANDA QURANIN MÜQƏDDƏSLİYİNİN MƏNTİQİ SÜBUTLARİ
 
Qurani-Kərimin mətnində müxtəlif məntiq üsulları ilə açıq şəkildə dərk edilən formada özünün müqəddəsliyi, Elşad Mirinin güman etdiyinin əksinə, dəfələrlərlə bəyan edilib.
 
a) Quranda eyib və qüsur olmadığına görə, müqəddəsdir;
 
Qurani-Kərimin “Bəqərə” surəsinin 2-ci ayəsində bəyan edilir: “Barəsində hec bir şəkk-şübhə olmayan bu uca məqamlı kitab pəhrizkarlar ücün hidayət mənbəyidir”.
 
Bu ayədən görünür ki, bir kitab kimi, Quranın məqamı ucadır. “Uca” sözü bu dünyada olan hər şeydən yüksəyi, aliliyi bildirir ki, əgər bu dünyada heç bir şey müqəddəs deyilsə, onda onlardan uca olan hər şey müqəddəs olmalıdır…
 
Qurani-Kərimə heç bir şəkkin və şübhənin olmaması onun heç bir eyib və qüsurunun olmadığını, yəni, müqəddəs olduğunu təsdiqləyir. Quranın “pəhrizkarlar ücün hidayət mənbəyi olmasi” onun pəhrizkarlar ücün əziz və istənilən olduğunu göstərir.
 
Beləliklə, bu ayə açıq şəkildə Quranı qüsursuz, eyibsiz, əziz və istənilən kitab kimi təyin edib ki, bu da müqəddəslik anlayışının təyinindən ibarətdir. Bu, “Quran müqəddəsdir” mühakiməsi ilə eynilik təşkil edir. Həmin surənin 23-24-cü ayələrində bəyan edilir: “Əgər Bizim Öz bəndəmizə nazil etdiyimizə şəkkiniz varsa, doğruçusunuzsa, siz də bir surə gətirin və Allahdan başqa bütün köməkçilərinizi və şahidlərinizi də çağırın… Və əgər etməsəniz, – heç vaxt edə bilməyəcəksiniz də, – onda kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin”.
 
“Əraf” surəsinin 2-ci ayəsində bəyan edilir: “Sənə nazil edilmiş bir kitabdır – buna görə də sinəndə ondan sıxıntı və tərəddüd olmasın – ki, onun vasitəsi ilə insanları qorxudasan və möminlər ücün öyüd olsun”.
 
Quran insanı necə qorxuda bilər? Qorxu xarici və daxili hissi təsirlə insanın şüurlu və şüursuz həmin obyektdən çəkinməsini özündə ifadə edir.
 
Əgər Quran adi kitabdırsa, o, necə hissi təsir edib insanda qorxu yarada bilər? Bu da Quranın müqəddəs olduğunu – insanlara mənəvi təsir edib, onlarda qorxu yaratmaq gücünə malik olduğunu sübut edir.
 
Bu ayələrdən də göründüyünə görə, Allah-tala təsdiq edir ki, Qurani-Kərimə heç bir şəkk etmək, ondan tərədüdd etmək, yəni, onun müqəddəsliyini şübhə altına almaq olmaz. Bunun sübutu kimi, ona bənzər bir ayənin gətirilməsinin insan və Allahdan başqa istənilən varlığın gücü xaricində olduğu əsas gətirilir. Əgər Qurana heç bir şəkk ola bilməzsə, ona oxşar bir ayəni heç bir güc gətirə bilməzsə, deməli, o müqəddəsdir. Çünki Allahın varlığına da şübhə olmadığına görə, müqəddəsdir…
 
b) Quran müqəddəs Allahdan olduguna görə, müqəddəsdir;
 
Əsərin qiyməti həm də onun müəllifinin şəxsiyyəti ilə bağlıdır. Bu gün Salvador Dalinin adi bir kətan parçada elədiyi cızmaqarası milyon dollarlarla qiymət əldə edib. Çünki Dali dahi rəssamdır.
 
Qurani-Kərim isə Allahın əsəridir. Qurani-Kərimin “Bəqərə” surəsinin 147, 252-ci ayələrində bəyan edilir: “Bu haqq sənin Rəbbin tərəfindəndir. Odur ki, əsla şübhə edənlərdən olma… Bunlar Allahın ayələridir ki, haqq olaraq sənə oxuyuruq. Həqiqətən, sən göndərilənlərdənsən.”
 
Rəd surəsinin 1, 14, 19-cu ayəsində bəyan edilir: “…Və Rəbbin tərəfindən sənə nazil olan haqdır, lakin insanların çoxu iman gətirmirlər… Haqqa tərəf və həqiqi dəvət yalnız Ona məxsusdur… Beləliklə, məgər Rəbbin tərəfindən sənə nazil edilənin haqq olduğunu bilən kəs kor olan kəs kimidir? Əslində yalnız ağıl sahibləri ibrət götürərlər”.
 
Bu ayələrdən göründüyünə görə, Allah təsdiq edir ki, Quran Allah tərəfindəndir,Ona məxsusdur, onun ayələri Allahdandır (Allahın zatından təcəllə edəndir). Allah da haqdır, Quran da haqq olduğundan, Allah müqəddəsdirsə, deməli, onun tərəfindən olan Quran da müqəddəsdir…
 
b) Quran iman obyekti olduguna görə, müqəddəsdir;
 
Qurani-Kərimin “Bəqərə” surəsinin 285-ci ayəsində bəyan edilir: “Peyğəmbərimiz Rəbbi tərəfindən ona nazil olana iman gətirdi və möminlər hamılıqla Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə iman gətirdilər”.
 
Bu ayədən görünür ki, imanın əsasını bir-birindən ayrılmaz dörd varlıq təşkil edir:Allah, Kitab, Peyğəmbər və Mələk.
 
Ardıcıllıq məntiqinin sillogizm qanununa görə, “Əgər Allah müqəddəs olduğundan ona iman gətirmək zəruridirsə, onda iman gətirilməsi zəruri olan hər bir şey müqəddəsdir”, deməli, mələklər, kitablar və peyğəmbərlər də müqəddəsdirlər.
 
c) Quran özündən əvvəlki müqəddəsləri təsdiq etdiyinə görə, müqəddəsdir;
 
Qurani-Kərimin “Ali-İmran” surəsinin 3-cü ayəsində bəyan edilir: “Özündən qabaqkıları təsdiq edən bu kitabı haqq olaraq sənə tədricən nazil etdik. Tövrat və İncil birdəfəlik və məcmu halında nazil edildi.”
 
Bu ayədəki “özündən qabaqkıları təsdiq edən” ifadəsindəki “qabaqkılar” dedikdə, nə başa düşülməlidir?
 
Quran nazil edilməmişdən qabaq Allah, Mələklər, Ruh, Lövhü-Məhfuz olmuşdur və həqiqətən, Qurani-Kərim Allahın varlığını, mələklərin varlığını, Ruhun varlığını, Lövhü-Məhfuzun varlığını sübut edən – təsdiqləyən ayələrin məcmusundan ibarətdir. Xalis varlıq müqəddəs oduğundan, Quran yalnız müqəddəs olduqda özündən əvvəlki müqəddəsləri təsdiqləyə bilər.
 
Bu ayədən görünür ki, Tövrat və İncil də, Quran kimi, özündən qabaqkıları təsdiqləyəndir, amma insanların nazil olma üsulu birdəfəlik olduğundan, insanları inqilabi yolla doğru yola dəvət edir.
 
Quran tədricən nazil olduğundan, Quranın yolu islahat yoludur. Buna görə, Allah-tala Quranda “And olsun özünü islah edən nəfsə” deyə, bəyan edir.
 
İslah tədrici təmizlənmədən ibarətdir. Quran insanları tədricən təmizləyib, doğru yola salır…
 
ç) Səmavi kitablarda Allahın Nuru olduğundan, müqəddəsdir;
 
Qurani-Kərimin “Şura” surəsinin 52-ci ayəsində bəyan edilir: “…Lakin Biz bu Quranı, vasitəsi ilə bəndələrimizdən istədiyimizi istiqamətləndirdiyimiz, bir nur etmişik”.
 
Bu ayə birbaşa sübut edir ki, Allah-tala Quranı nur etmişdir. Nur Allahdan çıxdığına görə, müqəddəsdir. Deməli, Quran müqəddəsdir.
 
“Maidə” surəsinin 44, 46, 48-ci ayələrində bəyan edilir: “Həqiqətən, Biz ondahidayət və nur olan Tövratı nazil etdik… Onların ardınca Məryəm oglu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar ücün hidayət və nəsihət olan İncil verdik… Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik…”.
 
“Nur” surəsinin 35-ci ayəsində bəyan edilir: “Allah göylərin və yerin nurudur”.
 
Bu ayələrdən görünür ki, Tövratda və İncildə (eləcə də digər səmavi kitablarda) Allahın Nuru vardır. Yəni, Allah səmavi kitablardakı Nurdadır. Allah müqəddəs olduğundan, Onun Nuru olan da müqəddəsdir. Bu, o deməkdir ki, səmavi kitablarda müqəddəslik var və bunu Allah-tala Özü təsdiq edir – şəhadət verir.
 
Quran Tövrat və İncili təsdiq edən olduğuna görə, Quran bu kitablardakı hidayəti və nuru təsdiq edir. Bu, o deməkdir ki, Quran özü də nur oduğuna görə, müqəddəsdir.
 
d) Quranın müqəddəsliyinin birbaşa bəyan edilməsi;
 
Qurani-Kərimin “Ənam” surəsinin 92-ci ayəsində bəyan edilir: “Bu, Bizim nazi etdiyimiz mübarək, özündən əvvəlkiləri təsdiq edən bir kitabdır…”.
 
Bu ayədəki “mübarək” sözü müqəddəs sözü ilə sinonimdir – hansı ki, mübarək –müqəddəs, əziz, hörmətli, layiqli mənalarını verir. Yalnız Allaha layiq olan müqəddəs ola bilər. Bu da Quranda birbaşa bu kitabın müqəddəs olduğunun bəyan edildiyini sübut edir.
 
“Ənam” surəsinin 115-ci ayəsində bəyan edilir: “Rəbinin sözü düzgünlük və ədalət baxımından kamil oldu. Onun sözlərini əsla dəyişdirən olmayacaqdır. Odur eşidən və bilən”.
 
Bu ayədən görünür ki, Quran “düzgünlük və ədalətliliyinə” görə, kamildir və heç kim onu dəyişə bilməz. Əgər heç kim Quran kəlamını dəyişə bilməzsə, bu, onun müqəddəsliyini – eyibsiz və qüsursuzluğunu təsdiq edir. Çünki neçə ki heç bir məbud Allahı əvəz edə bilməz, onda dəyişməz və əbədi olan Quran da Allah kimi, müqəddəs olmalıdır.
 
e) Quran rəhmət olduğuna görə, müqəddəsdir;
 
Qurani-Kərimin “Əraf” surəsinin 52-ci ayəsində bəyan edlir: “Həqiqətən, Biz onlara elm əsasında ətraflı izah etdiyimiz bir kitab gətirdik ki, o, iman gətirən dəstə üçün başdan-başa hidayət və rəhmətdir”.
 
“Rəhmət” sözü ərəb dlində “rəhm etmək”, “bağışlamaq”, “yazığı gəlmək”deməkdir. Bu sifətlər Allahın müqəddəslik sifətlərdir.
 
Buradan da aydın olur ki, Qurani-Kərim rəhmət olduğuna görə, şübhəsiz, müqəddəsdir.
 
ə) Quran islahedici – insanları düz yola istiqamətləndirdiyi üçün müqəddəsdir;
 
Qurani-Kərimin “Əraf” surəsinin 170, 204- cü ayəsində bəyan edilir: “Həmişəkitabdan yapışan və namaz qılan kəslər, həqiqətən, Biz salehləri və islah edənləri mükafatını zay etməyəcəyik… Quran oxunan zaman ona qulaq asın və susun ki, bəlkə, rəhm olundunuz”.
 
“Saleh” sözü “düz iş görən” deməkdir. Buradan aydın olur ki, Qurandan yapışan, ona toxunan saleh olur və özünü eyib və qüsurlardan islah edir. Əksliklərdən dolayı məntiq üsulu ilə, əgər Quran müqəddəs -eyibsiz və qüsursuz olmasaydı, o, insanları eyibdən və qüsurdan islah edə bilərdimi? Əlbəttə, yox! Deməli, Quran müqəddəsdir…
 
“İbrahim” surəsinin 1-ci ayəsində bəyan edilir: “…İnsanları onların Rəbbinin istək və köməyi ilə qaranlıqlardan nura tərəf çıxarmağın və O, qüdrət və mədh olunmuş xislətlər sahibi olanın yoluna istiqamətləndirməyin üçün sənə nazil etdiyimiz bir kitabdir”.

 
Əgər Qurani-Kərim müqəddəs olmasaydı, bu kitabla necə insanlar qaranlıqdan nura çıxa və müqəddəs Allahın yoluna istiqamətləndirilə bilər? Onda qeyri-səmavi kitabların da belə bir gücünün olduğunu təsdiq etmək lazım gəlir. Əgər bəşəri kitablarda da bu güc olsaydı, onda Allahın kitab nazil etməsinə nə zərurət ola bilər ki?
 
f) Qurani-Kərimi Allah nazil etdiyinə və qoruduguna görə, o, müqəddəsdir;
 
Qurani-Kərimin “Hicr” surəsinin 9-cu ayəsində bəyan edilir: “Həqiqətən, bu zikriBiz nazil etdik və şübhəsiz, onu Biz Özümüz qoruyarıq”.
 
Müqəddəs olan Allahın nazil etdiyi və qoruduğu bir kitab müqəddəs olmaya bilərmi? Əksliklərdən dolayı məntiq üsulu ilə, əgər səmavi kitablardan başqa müqəddəs olmayan hər hansı kitabı Allah nazil etməyibsə və qorumursa, onda Quranı nazil etdiyinə və qoruduğuna görə, o, bəşəri kitablardan fərqli olaraq, zərurət səbəbiylə müqəddəs olmalıdır…
 
g) Qurani-Kərim Allah yanında sahib olduğuna görə, müqəddəsdir;
 
Qurani-Kərimin “Zuxruf” surəsinin 4-cü ayəsində bəyan edilir: “Həqiqətən, bu, Bizim yanımızda ana kitabda uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”.
 
Əgər Quran Allahın yanındakı ana kitabda – Lövhü-Məhfuzda uca məqam sahibidirsə, onda Lövhü-Məhfuz müqəddəs olduğuna görə, onda uca məqama malik Quran necə müqəddəs sayılmaya bilər?
 
Qurani-Kərimi kimlər müqədəs hesab etmir və etməyə bilər?
 
Qurani-Kərimin “Hicr” surəsinin 12-ci ayəsində bəyan edilir: “Biz beləcə bu Quranıgünahkarların qəlblərinə yeridərik”.
 
Bu ayədən görünür ki, Allah-tala Quranı hətta kafirlərin də qəlbinə yeridir. Belə olan halda, onlar nə ücün Qurani-Kərimə iman gətirmirlər?
 
Məsələ bundadır ki, islamda məcburiyyət yoxdur. Kim istəsə, islamı qəbul edib, onun dəyərlərini daşıya, Allahı, Kitabı, mələyi və peyğəmbərləri müqəddəs bilib, onlara iman gətirə bilər; kim də istəməsə, islamı qəbul etməyə və bütün müqəddəsləri inkar edə bilər. Amma islamı qəbul etməyən Allah qarşısında cavab verəcəkdir.
 
Bir insan yalnız o zaman cavabdeh ola bilər ki, o, bilib əməl etməsin. Buradan da aydın olur ki, kafirlər Axirət günü İlahi məhkəmədə, hətta “Qurandan bixəbər olmuşuq, ona görə doğru yolda olmamışıq” bəhanəsini gətirməsinlər deyə, Allah-tala zorla onların qəlbinə Quranı yeridir.
 
Heç bir kitab zorla insan beyninə yeridilə bilməz. İnsan könüllü şəkildə əqli bilgini beyninə yığır. Deməli, insanın iradəsi olmadan, onun qəlbinə Quran yeridilirsə, bu, Quranın müqəddəsliyini göstərir. Belə adamlar Quranı oxuyur, ona qulaq asır, onu dərk etməyə cəhd göstərirlər. Bu zaman dərk etdiklərinin hamısı Quranın əsil mahiyyətinə zidd olur. Yəni, Quranı oxuyub öyrəndikdən sonra Quranı Quranla təkzib edirlər.
 
Buna görə də, islam düşmənlərinin əksəriyyəti “Quranda zahirən yoxsa, düz deyil” məntiqi ilə islama qarşı ciddi mübarizə aparırlar.
 
“Allah da zahirən yoxdur”, onda bu məntiqlə, Allah da yoxdur. Belələri bundan sonra Quranda olanlara da tam laqeyd qalırlar və bununla Allahın yolundan azırlar. Əgər bütün həqiqətlər Qurani-Kərimdə aydın ayələr şəklində və formal fərqlilikdən bəyan edilsəydi, onda Qurani-Kərimin həcmi bu dünyanın həcmindən böyük olardı. Çünki Qurani-Kərim həm bu dünyanın və onu təşkil edən şeylərin, həm də Axirət aləminin necə yaradıldığını, necə tənzim edildyini və necə tərtib edilməsi haqqında biliklərdən ibarətdir. Məsələn, Allah-tala Quranda “Hər şeyi – göyləri və yeri Mən yaratmışam” deyə, bəyan edirsə, onda bu ayədə sonsuz sayda varlığın adı bilavasitə bəyan olunmadığından, deyə bilərik ki, bu şeylərin heç birini Allah yaratmayıb.
 
Ancaq Allah bizə ağıl və düşüncə qabiliyyəti verib. Biz ümumiləşdirmə və simvollaşdırma qabiliyyətinə və yaradıcılıq imkanlarına malikik.
 
Elm bir anlayışla və ya bir məfhumla necə sonsuz sayda mövcud varlığın bir növünün və ya həqiqətin bir tərəfinin bilgsini ümumi şəkildə ifadə edirsə, necə fəlsəfə bir kateqorya ilə bütün mövcudluqların tabe olduğu nizamı ifadə edirsə, eləcə də Qurani-Kərimdə Allah-tala bir dini təbirlə həm bu dünya, həm Axirət aləminin bilgilərini ifadə edir. Bu zaman insan ağlı və düşüncəsi bütün resursundan istifadə etməklə Quranı anlamağa başlayır.
 
Kafirlərin xəbəri olmadan belə, Quranın onların qəlbinə yeridilməsi ilə onlar mömin olmurlar (bu gün bu dünyada islam dininin mövcud olması ilə bağlı faktı bilməyən heç kim yoxdur, baxmayaraq ki, dünyada bir milyard yarım insan bu dini qəbul edib), əksinə, Quranla tanış olub, onu inkar etmiş olurlar.
 
Quranı müqəddəs kitab hesab etməmək, sadəcə, Quranı sıradan adi bir kitab kimi görməkdən və oxumaqdan qaynaqlanır. Belə oxuma insanı doğru yola yönəltməz. Doğru yolda olmayan – Qurani-Kərimi haqq, yəni, müqəddəs hesab etməz. Quranı müqəddəs hesab etməzsə, imanın digər şərtlərini, Allahı, Peyğəmbəri və mələkləri də müqəddəs hesab etməz. Belə insanların “Allah vardır”, “Allah müqəddəsdir” təsdiqləri möminlərin “Allahdan başqa ilah yoxdur”, “Allah, Mələk, Kitab və Peyğəmbərlər müqəddəsdir” şəhadətindən fərqlənir. Birincilər – Allahı və digər iman obyektlərinin varlığını hər hansı bir idrak obyekti olaraq özündəşey kimi təsdiq edirlər; ikincilər – Allaha yol tapmaq, Onunla rabitə yaratmaq, Onun hidayəti ilə kamiləşmək və Ona tərəf qayıtmaq ücün şəhadət gətirirlər. Yəni, birincilər xəbər tutmaq, ikincilər itaət etmək üçün hikməti dərketməyə cəhd göstərirlər. Kim hansı qrupda olmaq istəyirsə, seçimində azaddır, dində məcburiyyət yoxdur. İstənilən adam Quranı müqəddəs hesab etməyə də, Allahın varlığını inkar da edə bilər. Çünki bu ikisi arasında heç bir fərq yoxdur. Allah-tala birtərəfli iman gətirməni sevmir, çünki bu riyakarlıqdır.
 
Satanistlər ona görə Şeytana inanırlar ki, Allah-tala “Məndən başqa səcdəyə layiq kimsə yoxdur” deyə bəyan edib sonra Adəmi yaradıb və İblisə də Adəmə səcdə etməyi əmr edib, İblis isə Allahdan başqa səcdəyə layiq varlıq olmadığı arqumentiylə Adəmə səcdədən imtina edib. Yəni, “Allaha Allahdan daha sədaqətli olub”. Bu cür sofistik yanaşma ilə bütpərəstlik də və istənilən batil də haqq kimi qəbul edilə bilər. Ancaq, şübhəsiz, bütün bunlar haqqa batil donu geyindirməkdən ibarətdir.
 
Üstəlik, burda incə bir məqam da qəsdən nəzərdən qaçırılır. Birincisi, İblis “Mən oddan, o, toraqdan yaranıb” bəhanəsi ilə Adəmə səcdədən imtina edib, ikincisi, Allah Özündən Adəmə üflədiyinə görə, Onu özü kimi səcdəyə layiq bilib. Bu da sübut edir ki, Allahdan olan və günaha düçar olmayan hər şey səcdəyə layiqdir, yəni, müqəddəsdir.
 
Quran Allahdandır, Onu Allah qoruyur, Allah Onu öz Nuru etmişdir. Buna görə, iman gətirlməsi zəruri olan dörd müqəddəs varlıqdan biridir…
 
Strateq.az

Загрузка...
Загрузка...