Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid oldu

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub. Bu barədə məlumat Turaninfo.az-a  ADP-dən daxil olub.
Partiya sədrinin qardaşı oğlu Rasim Məmmədov cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib. O, milli orduda zabit kimi xidmət edirdi.
Xatırladaq ki, R.Məmmədovun atası Əbdül Məmmədov birinci Qarabağ müharibəsinin qazilərindəndir.