​Sərdar CƏLALOĞLU: “MƏQSƏD AZƏRBAYCANI QORXUTMAQDIR”

 
Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya və Ermənistanın birləşmiş hərbi qüvvə dəstələrinin yaradılması barədə fərmanı təsdiqləməsi günün aktual mövzusudu desək, yanılmarıq. Azərbaycanla düşmən ölkənin regionun supergücü olan Rusiya ilə hərbi ittifaqı Azərbaycan üçün ciddi təhlükə ola bilər.
ADP sədri Sərdar Cəlaloğlu bu barədə fikirlərini Hurriyyet.org-a bildirib: “Putin hakimiyyətə gələndən sonra, açıq şəkildə Rusiya keçmiş SSRİ-ni başqa bir formada bərpa etmək, keçmiş SSRİ məkanında hərbi, iqtisadi və siyasi təsirini gücləndirmək istiqamətində addımlar atır. Bu addımları müxtəlif ölkələrdə müxtəlif qaydada həyata keçirir. Rusiyanın Qazaxıstan, Belarusiya kimi ölkələrlə iqtisadi, hərbi birliyi var. İndi də Ermənistanla hərbi birlik yaradır. Rusiyanın Ermənistanla hərbi birliyi yaratmaqda məqsədi Azərbaycanı qorxutmaqdır. Bu qərar Azərbaycanı da bu və ya başqa şəkildə Rusiyanın təsir dairəsinə salmaq məqsədi güdür. Əslində, Ermənistan Rusiyanın təhriki ilə Dağlıq Qarabağ münaqişəsində iştirak edir. Ermənistan çox yaxşı başa düşür ki, nə Azərbaycana qalib gələ, nə də Dağlıq Qarabağı Azərbaycandan ala bilər. Ermənistan Rusiyanın siyasətini icra etdiyinə, müəyyən mənada məsuliyyət daşıdığına görə, açıq şəkildə Ermənistan özünü bir hədəfə gətirib. Ona görə, Ermənistan öz gücünə özünü müdafiə edə bilməz. Ona görə də məcburdur ki, Dağlıq Qarbağda sifarişi verən tərəfin gücündən istifadə etsin. Bu hərbi ittifaqın da yaradılmasında məqsəd bundan ibarətdir”.

Загрузка...
Загрузка...