"Şpigel Onlayn"dan Türkiyə ilə bağlı şok iddia

Türkiyə hökuməti İncirlik hərbi bazasına səfər etməyi planlaşdıran Almaniyanın nümayəndə heyətinə icazə verməyib.
 Axar.az xəbər verir ki, bu barədə Almaniyanın “Şpigel Onlayn” xəbər portalı məlumat yayıb.
 Məlumata görə, Almaniya Müdafiə Nazirliyinin Aparat rəhbəri Ralf Brauksipin rəhbərlik etdiyi nümayəndə heyəti İncirliyə deyil, Küveyt və Qətərdəki bazalara gələn ay səfər edəcək.
 “Şpigel Onlayn” Türkiyənin bu addımının səbəbini qondarma “erməni soyqırımı” ilə bağlı Almaniya Bundestaqında qəbul edilən qətnamə ilə əlaqələndirib.