​"Space" 3 aydır işçilərini ac qoyub

 
 
 
Maliyyə böhranı Azərbaycanda fəaliyyət göstərən televiziyalara da təsirini göstərib.
 
Əksər sahələrdə, həmçinin dövlət qurumlarında maliyyə böhranı özünü ən kəskin formada hiss etdirir. Bir çox iş yerlərində maaşların verilməsində ciddi formada hiss olunur, ödəmələr gecikir.
 
Qaynarinfo.Az-ın əldə etdiyi məlumata görə, maliyyə böhranın hiss olunduğu qurumlardan biri də "Space" telekanalıdır. Telekanal rəhbərliyinə yaxın mənbənin verdiyi məlumata görə, artıq 3 aydır işçilərə maaş verilmir. Hər dəfə maaş istəyənlərə "1-2 günə olacaq" vədi verilir. Amma bu "1-2 günlər" bitmir.
 
Məlumatı verən mənbə bildirir ki, hətta bəzən işçilərə 20-30 manat pul verməklə onları sakitləşdirməyə çalışırlar. Normal maaşın nə vaxt veriləcəyi isə bilinmir.