“Space 104 FM” radiosu bağlandı...

“Space 104 FM” radiosu fəaliyyətini dayandırıb.
 
Bu barədə Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyindən (“Teleradio” İB) məlumat daxil olub.
 
Məlumata görə, “Space 104 FM” radiosunun Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə 12 min manat borcu var:
 
“Borcun ödənilməsi barədə radio rəhbərliyinə dəfələrlə xəbərdarlıq edilsə də, borc hələ də ödənilməyib”.(7news.az)