​Soyuqdəymənin qarşısını alan ucuz və təsirli vasitə

 
Oksolin məlhəmi virus və soyuqdəymə xəstəliklərinin müalicəsində istifadə olunan ucuz və təsirli vasitədir.
Əksər həkimlər bu məlhəmin güclü profilkatik təsirini təsdiq edir. Oksolin məlhəmi sınanmış köhnə vasitədir.
Soyuqdəymə və virus xəstəlikləri zamanı oksolin məlhəmini gündə 2 dəfə burunun selikli qişalarına çəkmək lazımdır. Bu məlhəm hamilə qadınlarda, uşaqlarda, yaşlı insanlarda istifadə oluna bilər. Məhz bu qrup insanlar immun sisteminin zəif olmasına görə soyuqdəymə və virus xəstəliklərinə daha tez-tez tutulur.
Oksolin məlhəmi həmçinin bəzi göz, dəri, selikli qişaları xəstəlikləri zamanı istifadə olunur.
Nəzərinizə çatdıraq ki, oksolin məlhəmini mütləq soyuducuda saxlamaq lazımdır.