Şoyqu açıqladı: hərbi əməliyyatlar başlayır

 
Rusiya və ABŞ Suriyanın Hələb şəhərində ortaq hərbi əməliyyata başlamağa çox yaxındır.
 
Axar.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu “Rossiya 24” telekanalına açıqlamasında deyib.
 
Nazirin sözlərinə görə, ABŞ-Rusiya danışıqları Cenevrə və Əmmanda davam etdirilir:
 
“Amerikalı həmkarlarımızla görüşlərin ən aktiv mərhələsindəyik. Vaşinqtonla həm Cenevrə, həm də Əmmanda danışıqlar aparırıq. Hələbdə vəziyyətin stabilləşməsi və insanların evinə qayıtması üçün əməkdaşlığa addım-addım yaxınlaşırıq”.