"Sovetski"də "Bentley" oğurlandı

Zavod işçisinin "Bentley" markalı avtomobili oğurlanıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində boru zavodunda işləyən şəxs 2004-cü il buraxılışlı "Continental GT" markalı avtomobilini "Sovetski" küçəsindəki evinin qarşısında park edib. 3 saatdan sonra həyətə düşüb maşını yoxlamaq istəyəndə şoka düşüb.
"Bentley"in sahibi dərhal polisə maşının qaçırıldığını xəbər verib. Ona dəyən maddi ziyanın məbləği açıqlanmayıb.

Загрузка...
Загрузка...