Şou-biznesdə hamıdan çox o pul qazanır

"Billboard" jurnalı 2015-ci il üçün tanınmış müğənnilərin gəlirlərini hesablayıb.
Turaninfo.az xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı amerikalı müğənni Teylor Svift ən çox qazanc əldə edən müğənni olaraq birinci sırada qərarlaşıb. Dünyanın tanınmış musiqiçiləri arasında olan gənc ulduzun il ərzində 73,5 milyon dollar qazandığı bəlli olub. Müğənni bu məbləğin 61,7 milyonunu - çıxışları ilə, 7,2 milyon - səs yazmalarının satışından, 4,1 milyon - çap olunan məhsullarının satışından , 564 min dollar isə ifalarınınn onlayn-dinləmələrindən əldə edib.
Teylor Sviftlə yanaşı onluqda birinci olan digər gənc müğənni Adeldir. Belə ki, Adelin illik gəliri 20,5 milyon dollar təşkil edir.
Iki çox qazanan məşhurdan sonra bu müğənnilərin adları qeyd edilib:
2.Kenni Çesni - 39,8 milyon dollar
3.The Rolling Stones - 39,6 milyon dollar
4.Billi Coel - 31,7 milyon dollar
5.One Direction - 24,2 milyon dollar
6.Grateful Dead & Company - 23,8 milyon dollar
7.Lyuk Brayn - 23,1 milyon dollar
8.U2 - 21,8 milyon dollar
9.Maroon5 - 19,2 milyon dollar
- See more at: http://teleqraf.com/news/96723#sthash.Je2ZkXrP.dpuf