Soso Pavliaşvili: "Belə vətənpərvərsizsə, diversiya qrupları yaradıb, Qarabağı azad edin"

 

 
Gürcü əsilli məşhur rusiyalı müğənni Soso Pavliaşvili və tanınmış ifaçı Emin Ağalarov 1news.az-a müsahibə veriblər.
 
Missiya.Az xəbər verir ki, müsahibədə əsasən Soso Pavliaşvilinin dekabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan konserti ətrafında yaranan qalmaqala toxunulub.
 
Xatırladaq ki, bir müddət əvvəl adı Azərbaycanın Xarici İşlər Nazirliyinin “qara siyahısı”ndan çıxarılmış Soso Pavliaşvilinin Bakıda konsert verməsi təşəbbüsü Emin Ağalarovdan gəlib. Lakin Azərbaycanın bəzi sənət adamları Pavlaşvilinin Bakıda konsert verməsinə qarşı çıxıblar. Buna səbəb kimi isə müğənninin Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağda 2004-cü ildə konsert verməsi göstərilir.
S.Pavliaşvilinin özü Azərbaycan Xarici İşər Nazirliyinə müraciət edərək adının “qara siyahı”dan çıxarılmasını xahiş edib.
 
Missiya.Az S.Pavliaşvili ilə Emin Ağalarovun müsahibəsini təqdim edir: