Sosial şəbəkədə tanış oldu, görüşdü, sonra da... – Təfərrüat

 
Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü Fazilə İbrahimova bıçaqlanıb.
 
Teleqraf.com xəbər verir ki, o, 3 saylı Sabunçu Şəhər Xəstəxanasına yerləşdirilib.
 
Kürək nahiyəsindən iki bıçaq zərbəsi alan Fazilə İbrahimovanın vəziyyətinin ağır olduğu bildirlir.
 
Məlumata görə, 20 yaşlı qız sosial şəbəkələrdən birində oğlanla tanış olub. Sonra onların tanışlığı sevgiyə çevrilib.
 
Oktyabrın 18-də, gecə saatlarında Fazilə həmin oğlan dostu ilə görüşüb. Görüş zaman mübahisə ediblər, qanlı hadisə baş verib.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...