Sosial şəbəkə falçıları fırıldaq edib müştəri qazanır

 
 
Bu məsələ dəfələrlə gündəmə gəlir, müzakirəyə çıxarılır, amma falçıların bazarı, necə deyərlər, zəifləmək bilmir ki, bilmir. Hətta artıq sosial şəbəkələr üzərindən özlərini reklam edən falçılar belə şeylərə inanan adamların pullarını mənimsəməyə davam edirlər.
 
Turaninfo.az “Xəzər Xəbər”-ə istinadən xəbər verir ki, falçı ilə yazışmalarını göndərən tamaşaçı hər kəsi təəccübləndirib. Falçı özü sosial şəbəkələrdə yalandan rəylər yazaraq özününü güclü olduğunu guya sübut etməyə çalışır.
 
Sosial şəbəkədə müştərisinin guya ona yazdıqlarını paylaşan falçı bununla özünü reklam edir.
 
Tamaşaçılarımızdan birinin bizə göndərdiyi bu yazışmalar əslində saxtadır. Bir falçı yalandan başqa nömrələrdən özünə belə tərif mesajları yazıb, sosial şəbəkələrdə yayır və insanları şirnikləndirərək özünə müştəri qazanır.
 
Sosioloq Rəşad Əsgərov deyir ki, belə mesajları görən zəif insanlar falçıların toruna asan düşür və sonradan onlarda sosial və psixolojı aslılıq yaranır.
 
Daxili İşlər Nazirliyindən Xəzər-Xəbərə bildiriblər ki, belə paylaşımların heç bir cinayət tərkibi olmasa da, konkret zərər görən insanlar mütləq polisə müraciət etməlidir.