SOS: ölkə borc bataqlığına sürüklənir, 2 milyard necə ödənəcək? - ÖZƏL

 
2017-ci ildə yalnız infrastruktur layihələrini həyata keçirmək üçün hökumət zəmanəti ilə təxminən 2 milyard manatdan bir az çox xarici kreditlər alınacaq.
 
Politika.Az xəbər verir ki, bu rəsmi məlumat ölkədə maliyyə vəziyyətini səciyyələndirir.
 
Bu kreditlərin bir hissəsi büdcə, yerdə qalan hissəsi iri dövlət şirkətləri vasitəsilə xərclənəcək.
 
Əlavə olaraq, dövlət büdcəsi vasitəsilə investisiya layihələrinə 2.5 milyard manat xərclənəcəyi planlanır.
 
Büdcənin investisiya xərclərinin təxminən yarısı 5 təşkilat arasında bölünəcək: Neft Şirkəti 612.2 mln. manat, Azəravtoyol 290.4 mln. manat, Dəmir Yolu İdarəsi 130 mln. manat, Nəqliyyat Nazirliyi 100 mln. manat, Azərsu 95 mln. manat büdcə investisiyası alıacaq.
 
Büdcənin ən böyük sərmayələr istiqamətlərindən biri pambıqçılıq olacaq - təxminən 300 mln. manat. Həmin vəsaitin 200 mln. manatı bilavasitə pambıqçılıqla bağlı texnikanın alınmasına, yerdə qalan hissə əkin infrasruktunun qurulmasına sərf ediləcək.
 
Politika.Az xəbər verir ki, ARDNF-in 2016-cı ilin yekun investisiya portfeli üzrə hesabatı açıqlananda son iki ayda 1,05 mlrd. dollar həcmində azalma gözlənilir.
 
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya portfeli sərəncamında olan valyutaların məzənnələrinin dollarla müqayisədə ucuzlaşması və qızılın qiymətinin düşməsi səbəbindən 2016-cı ilin noyabr ayında daha 590 mln. ABŞ dolları və ya 1,7% dəyərdən düşüb.
 
Yəni Neft Fondu noyabrda 590 milyon itirib. Azərbaycanın gəlirlərinin aşağı düşməsi və neftdən asılılığı nəzərə alaraq borcların artması təhlükəlidir və əlavə problemlərin yaranması deməkdir.
 
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.

Загрузка...
Загрузка...