Sorosdan Böyük Britaniya XƏBƏRDARLIQ

Milyarder Corc Soros Böyük Britaniya ilə bağlı proqnoz verib. Teleqraf.com xəbər verir ki, Sorosa görə, əgər Böyük Britaniya referendum zamanı Brexit (AB-dən ayrılma) qərarını  versə bu ölkə iqtisadiyyatına mənfi təsir göstərəcək.
 C.Soros İngiltərənin “Quardian” qəzetindəki məqaləsində yazır: “Xəbəriniz olsun, hamınız kasıblaşacaqsız. 60 illik təcrübəm deyir ki, yaşam standartlarınızla bərabər funt sterlinqiniz də yerə vurulacaq. Brexitdən qazananlar sadəcə spekulyatorlar olacaq. Ölkənizin AB-dən çıxmasını dəstəkləyənlər bunun acı nəticəsini hazırda olduqca kiçildirlər. Referendumdan sonra sterlinq avro ilə eyni olacaq.
 İngiltərənin ədalət nazir  Mikael Qov Sorosun iradlarını rədd edib: “Soros avronu dəstəkləyənlərdən biridir. Avro çıxandan sonra işsizlik daha da artdı. Biz onun ehtimalları üzrə hərəkət etməyəcəyik”.
Qeyd edək ki, sabah Böyük Britaniada AB-də qalıb-qalmamaqla bağlı referendum keçiriləcək.