Sorğu-sual mələklərini ağladan alim

 
 
Rəbbani alim həzrət İmam Rzanın (ə) hərəmində dəfn edilmişdir.
Kəramət sahibi olan alimlərdən biri də seyri-süluk sahibi, arif Şeyx Həsənəli Noxudəkidir. Rəbbani alim həzrət İmam Rzanın (ə) hərəmində dəfn edilmişdir.
Şeyx Həsənəli həmişə Məhərrəm ayında öz evində rövzə məclisi təşkil edərdi və Hüseynin (ə) müsibətlərinə çox yanıqlı ağlayardı. Hər vaxt Hüseynin (ə) adı onun yanında çəkilsəydi, alimin gözlərindən yaş süzülərdi.
Şeyx Həsənəli vəfat etdikdən sonra təqvalı alimlərdən biri röya aləmində onu görür və əhvalını soruşur. Alim cavab verərək deyir: - Məni qəbrə qoyduqdan sonra Nəkir və Münkər mələkləri sual-cavab üçün yanıma gəldilər; tövhid və nübüvvət barədə məndən soruşdular. Sonra İmamlar (ə) barədə sorğu-sual etməyə başladılar. Əmirəlmömin Əlinin (ə) adını dilimə gətirdim və dedim ki, o mənim birinci imamımdır. Sonra İmam Həsənin (ə) adını çəkdim. İmam Hüseynin (ə) adını dilimə gətirəndə ixtiyarsız olaraq ağladım. Nəkir və Münkərin də əhvalı dəyişdi və ağladılar. Sonra bir-birlərinə dedilər: - Artıq başqa suallara ehtiyac yoxdur. Məni azad etdilər və getdilər. İndi də gördüyün kimi azadam və yerim yaxşıdır.