Sonsuz qadınları aldadan "həkim" həbs olundu - 700 qadını...

Sonsuzluğa qarşı təbii üsullarla qadınları hamilə qalacaqlarına inandıran saxtakar həkim həbs edilib.
Publika.az xəbər verir ki, Qvineyada saxtakar qadın, özünü loğman kimi təqdim edərək, 700 qadını aldadıb. Belə ki, ana olmaq arzusu ilə ona müraciət edən qadınlara müxtəlif otlardan hazırlanmış məhsul satıb. Hər bir qarışımı 33 dollara satan fırıldaqçı müştərilərinə 9 aydan sonra övlad sahibi olacaqlarını deyib. Tərkibi məlum olmayan qarışımın qəribə təsiri isə qadınların aldanmasına səbəb olub. Məhlulu içdikdən sonra qadınlarda hamiləlik simptomları və qarında şişkinlik yaranmağa başlayıb.
Özlərini hamilə zənn edən qadınlar 9 aydan sonra qarınlarının yavaş-yavaş itməsini gördükdə polisə müraciət ediblər.
Məlum olub ki, saxtakar həkim bu günə yaşları 17-45 aralığında olan 700-ə yaxın qadını aldadaraq özünə qazanc əldə edib.
Qvineyada 33 dollar ölkədə orta aylıq əmək haqqına bərabərdir. Polis fırıldaqçı qadını həbs edib.
Məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatı münasibət bildirərək, bu cür səbəblərdən Afrika ölkələrində əhalinin 80 fazinin ənənəvi tibbdən qorxduğunu bildirib.
Könül Cəfərli

Загрузка...
Загрузка...