Son dəqiqə: Türkiyədə daha bir PKK yönümlü partiya lideri saxlanıldı

 
Türkiyədə fəaliyyət göstərən Demokratik Bölgələr Partiyasının (DBP) həmsədri Səbahət Tuncəl Diyarbəkirdə ədliyyə binasının qarşısında həbs olunub.
Avropa.info xəbər verir ki, bu gün gecə saatlarında Diyarbəkır, Hakkari, Van, Şırnak və Bingöl prokurorluqlarının həyata keçirdiyi əməliyyatlarda HDP-dən olan millət vəkilləri saxlanılmışdı.
Diyarbəkir prokurorluğunun apardığı istintaq çərçivəsində saxlanılan HDP həmsədrləri Səlahəddin Dəmirtaş, Figen Yüksekdağ və digər partiya mənsublarının Diyarbəkir ədliyyəsinə gətirilməsi səbəbilə bir qrup partiya üzvü ədliyyə binasının qarşısında toplaşıb.
Polis, aralarında DBP həmsədri Səbahət Tuncəl və HDP-dən olan millət vəkili Sibel Yiğitalpın da aralarında olduğu qrupa dağılmaları üçün xəbərdarlıq edib.
Ancaq qrupun xəbərdarlığa məhəl qoymaması səbəbilə polis Tuncəli və 10-a yacın partiya üzvünü həbs edib.
Xatırladaq ki, gecə saatlarında başladılan əməliyyat zamanı 11 nəfər HDP üzvü həbs olunub.