​Son dəqiqə : Türkiyə təyyarələri Şimali İraqda PKK-nı bombardıman etdi – Terrorçuların “baş qərərgahı” və silah anbarları məhv edildi

 
Türkiyə  Silahlı Qüvvələri  Şimali İraqda  PKK hədəflərini bombalayıb.
Avropa.info xəbər verir ki, bu haqda TSK -nın yaydığı bəyanatda bildirilir.
“11 dekabr 2016-cı il tarixində, saat 20:50-21:40 (Türkiyə vaxtı ilə: avropa.info)  arasında İraqın şimalında yerləşən ZAP bölgəsinə Türk Hava Qüvvələrinə məxsus döyüş təyyarələri ilə hava hücumu təşkil olunub. Aparılan kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti nəticəsində müəyyən olunan və separatçı terror təşkilatı mənsublarının istifadə etdiyi  “baş qərargah” adlanan yerlə, ətrafında yerləşən silah anbarları vurularaq məhv edildi” deyə TSK-nın bəyanatında qeyd olunur.

Загрузка...
Загрузка...