​SON DƏQİQƏ: TÜRKİYƏ SƏRHƏDƏ QOŞUN TOPLAYIR – Haşdi-Şabi ilə aralarında gərginlik var

 
Haşdi-Şabi: “Telaferdə hava limanına çatdıq”
 
Hurriyyet.org xarici mənbələrə istinadən xəbər verir ki, İraqdakı Mosul əməliyyatına qatılan, İranın dəstəklədiyi şiə milislər türkmən şəhərinin cənubundakı hava limanına çatdıqlarını bildiriblər. Noyabr ayının əvvəlində İraq sərhəddinə əsgər toplayan Türkiyə Haşdi-Şabinin Telaferə daxil olmasına qətiyyətlə etiraz edir.
İraqın ən böyük ikinci şəhəri Mosulu İŞİD-dən xilas eləmək üçün oktyabrın 17-də başlanan böyük əməliyyatda iştirak edən şiə milislər, Haşdi-Şabi qərbdəki türkmən şəhəri Telaferə doğru irəlilədiklərini bildiriblər.
Beynəlxalq xəbər agentliklərinin son dəqiqələrdə verdikləri məlumata görə, İranın dəstəklədiyi Haşdi-Şabi Telaferin cənubundakı hərbi limana çatıb.
Hazırda Telafer şəhər mərkəzi ilə hava limanı arasında təqribən 25 kilometrlik məsafə vardır.
 
SON DƏQİQƏ: TÜRKİYƏ SƏRHƏDƏ QOŞUN TOPLAYIR – Haşdi-Şabi ilə aralarında gərginlik var
 
TÜRKİYƏ SƏRHƏDƏ ƏSGƏR TOPLAYIB
 
Türkiyə şiə qüvvələrinin türkmən şəhərinə girməsinə qarşı dəfələrlə xəbərdarlıq edib. Ötən həftələrdə sərhəd xəttinə hərbçi və silah göndərildi. Milli müdafiə naziri Fikri İşıq isə noyabr ayının əvvəlində türk ordusunun sərhəddə hazır durduğunu bildirərək, “Bölgədən gələcək hər hansı bir təhdidin ən çevik şəkildə zərərsizləşdirilməsi üçün bu hazırlığın görülməsi qaçılmazdır. Hərbi qüvvələrin sərhəddə toplaşması hərbi qüvvədən mütləq istifadə ediləcəyi demək deyildir” deyib.
Türkiyə Baş qərargahının rəisi general Hulusi Akar Haşdi-Şabinin Telaferə yaxınlaşdığı barədə xəbərlərdən sonra sərhəd birliklərinə baxış keçirdi. General Akar Ankaraya gələn amerikalı həmkarı general Cozef Danfordla da Telafer məsələsini müzakirə edib.
İraqın baş naziri Haydar əl-İbadi dünən verdiyi bəyanatda Telaferə ordunun 92-ci və 72-ci briqadaları ilə telaferli sünni və şiələrdən ibarət olan qüvvələrin girəcəyini demişdi.
ABŞ-ın İŞİD ilə mübarizə əməliyyatı üzrə nümayəndəsi polkovnik Con Dorrian noyabr ayının əvvəllərində mətbuata verdiyi açıqlamada Haşdi-Şabinin “insan hüquqlarına müdaxilə” etməyən qruplarının ABŞ-ın da planlarına uyğun şəkildə İraq ordusu ilə birlikdə Telaferə irəlilədiyini bildirmişdi.
Mosulun cənub-qərbindən hərəkata qatılan Haşdi-Şabi dəstələri oktyabr ayının sonunda verdikləri açıqlamada Telafer üçün əməliyyata başladıqlarını bildirmişdilər.