Şok xəbər: İstanbul terrorçusu "Tək qol" ləqəbli Çatayev Saakaşvilinin agenti imiş

Gürcüstanın qaçqın və məcburi köçkünlərin işləri üzrə naziri Sozar Subarinin verdiyi açıqlama gündəmə bomba kimi düşüb.
Ölkə.Az Gürcüstan mediasına istinadən xəbər verir ki, o bildirib ki, İstanbulun Atatürk hava limanındakı terror aktının təşkilatçısı, Çeçenistan vətəndaşı Əhməd Çatayev ölkənin sabiq prezidenti Mixael Saakaşvilinin agenti olub.
"Bu məşhur terrorçunun Saakaşvilinin agenti olması üzə çıxıb. O, Saaakaşvili tərəfindən maliyyələşdirilib, onun köməyi ilə tez-tez pasport dəyişdirib. Bu quru sözlər deyil, təbii ki, müvafiq orqanlarda bununla bağlı təkzibedilməz faktlar var", - deyən Subari Saakaşavilidən açıqlama gözlədiyini bildirib.
Nazir həmçinin Çatayevin nə üçün Gürcüstan hökuməti tərəfindən azadlığa buraxılmasına aydınlıq gətirib: "O, qanunsuz silah saxlama maddəsi ilə həbs edilmişdi, daha sonra şahidlər ifadələrini geri götürdülər və Çatayev azadlığa buraxıldı",- deyə nazir vurğulayıb.