​Şok: Tehran xəritədən silinə bilər

 
Yaxın 15-20 il ərzində İranda dağıdıcı zəlzələ meydana gələ bilər.
 
Axar.az xəbər verir ki, bunu İranın məşhur seysmoloqu Bəhram Akkaşe deyib.
 
O, 1830-ci ildə İranın şərqində 7.1 bal gücündə dəhşətli yeraltı təkanların baş verdiyini xatırladıb:
 
“Araşdırmalarıma görə, belə dağıdıcı fəlakətlər 200 ildən bir təkrarlanır. Güman edirəm ki, 15 ildən sonra Tehranda güclü zəlzələ baş verə bilər. İran hökuməti bir müddət əvvəl bu sahədə Yaponiya ilə əməkdaşlığa başlayıb. Tehranın bələdiyyə sədri gələcəkdə baş verəcək zəlzələnin milyonlarla insanın ölümünə səbəb olacağını, hətta şəhərin xəritədən silinəcəyini də deyib”.
 
Qeyd edək ki, Bəhram Akkaşe İranda “seysmologiyanın atası” olaraq tanınır.