Şok! Ərdoğan bu səbəbdən prezidentliyini itirə bilər — Konstitusiya məhkəməsinə müraciət edildi

Ərdoğan indi də prokurorluq qərarı İstanbul Universitetinin "məzunu olub"
Ölkə.Az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın universitet diplomu haqqındakı mübahisə Baş Prokurorluğunun son qərarından sonra daha da çıxılmaz hal alıb. Universitet diplomunun Mərmərə Universitetindən olduğunu açıqlayan Ərdoğanın əksinə Respublika Baş Prokurorluğu diplomunun İstanbul Universitetindən verildiyi haqda qərar çıxarıb. Keçmiş hakim, tanınmış vəkil Ömər Faruk Eminağaoğlu isə məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etdiklərini bildirib.
Ərdoğanın müzakirə mövzusuna çevrilmiş diplomunun haradan aldığı məsələsini daha da mürəkkəbləşdirən Respublika Baş Prokurorluğunun bu qərarı Xalqın Qurtuluşu Partiyasının (HKP) məhkəməyə müraciəti ilə ortaya çıxıb. Mövzu ilə bağlı Ömər Faruk Eminağaoğlu "Sözcü" qəzetinə danışıb:
"İctimaiyyətə təqdim olunan sənədlərə yəqin ki, diqqət yetirmisiniz. Hamısının üzərində Mərmərə Universiteti yazılıb. Prokurorluq ilk olaraq məsələni ört-basdır etməyə çalışsa da, daha sonra Ərdoğanın 1980-1981-ci illərdə İstanbul Universitetinin məzunu olduğunu bildirdi".
Tanınmış vəkil məsələ ilə bağlı Konstitusiya Məhkəməsinə də müraciət etdiklərini bildirdi:
"Prokurorluq verdiyi qərarın qəti olduğunu bildirərək, etiraz haqqımızın qarşısını kəsməyə çalışıb. Prokurorluğun bu qərarı seçmək və seçilmək hüququ pozuntusu, ədalətli mühakimə olunma hüququnun pozulması, həqiqətə çatmaq hüququnun pozuntusudur. Bu səbəblə, Xalqın Qurtuluş Partiyasının vəkili olaraq bu barədə Konstitusiya Məhkəməsinə dünən fərdi olaraq müraciət etdim".
Qeyd edək ki, Türkiyə Respubikasının Konstutusiyasına görə prezidentin mütləq ali təhsili olmalıdır.