ŞOK: Fuad Poladov teatrdan getdi - Fuad Poladov: “Şərh vermək istəmirəm”

 
Xalq artisti Fuad Poladov gözlənilməz qərar verib.
 
Teleqraf.com xəbər verir ki, o, bu yaxınlarda teatrdan çıxarılan aktyor Hikmət Rəhimova dəstək məqsədilə teatrı tərk edib.
 
Bu barədə Hikmət Rəhimov feysbukda məlumat verib: “Bunu deməliyəm. Başıma gələn olaylarla bağlı mənə dəstək olan və arxamda dayanan insan Fuad müəllim Poladova minnətdaram. Polis bölməsinə, rayon polis idarəsinə məndən xəbərsiz gedən və mənə görə ordakılara narahatlığını bildirən və sonra teatrdan çıxdığını bildirən Fuad Poladov. İnanın səmimiliyimə, bununla fəxr etmirəm və şok da yaşamıram. Çünki bu, Fuad müəllimdir. Hər gün mənə ən azı 2 dəfə zəng vurub, ürək-dirək verən Fuad müəllim. Mən sizə bu dünyada da, o dünyada da minnətdaram. Bunu heç kim eləməzdi - heç kim. Hər şeyə görə çox sağ olun”.
 
Məsələ ilə bağlı Fuad Poladovla əlaqə saxladıq. O, bu barədə şərh vermək istəmədiyini bildirdi: “Mən bu barədə heç bir şərh vermək istəmirəm”.