Şok: Çevriliş uğurlu olsaydı, bu xanım baş nazir olacaqdı – Foto

 
 
15 iyul dövlət çevrilişinə cəhd uğurlu olsaydı, baş nazir Maral Akşənər olacaqdı.
 
Axar.az xəbər verir ki, bu sözləri Ankaranın Bələdiyyə sədri Məlih Göyçək televiziya proqramlarından birində çıxışı zamanı bildirib.
 
"Bunu inkar etməyə ehtiyac yoxdur. Maral Akşənərin, bir də bunların bəyanatlarına baxın. Akşənərin təbliğatına fikir versəniz, görərsiniz ki, onu dəstəkləyənlər FETÖ-çular olub. İyulun 15-də gözəl nələrinsə baş verəcəyini deyirdi. Sən haradan bilirdin ki, bu tarixdə nələrsə olacaqdı? Baş nazir olacağam deyirdi. Bəzi məsələlər keçmişdə aydın olmur, ancaq hadisələr olandan sonra hər bir şey ortaya çıxır. Hər iki tərəfin də şüarları eyni idi: "Yurdda Sülh, Cahanda Sülh".
 
Qeyd edək ki, MHP-nin üzvü Maral Akşənər 1996-1997-ci illərdə Türkiyənin Daxili İşlər naziri olub.