​Şok: Berlin görüşündə Putin pivə içdi, Merkel isə...

 
Normand dördlüyünün Berlində keçirilən görüşü ilə bağlı daha bir maraqlı detal üzə çıxıb.
 
Axar.az Ukrayna mediasına istinadən xəbər verir ki, görüş zamanı Rusiya Prezidenti Vladimir Putin tez-tez narazılığını bildirir, Almaniya və Fransanın münaqişədə tərəf tutduğundan gileylənirdi.
 
Həmçinin Pyotr Poroşenkonun replikaları zamanı Putin sinxron tərcümədən istifadə etmirdi.
 
İçki süfrəsi arxasında isə Poroşenko alkoqol içməkdən imtina edib, Merkel və Olland bir qədəh şərab götürüblər, Putin isə pivəyə üstünlük verib.
 
Putin ofisiantdan xahiş edib ki, ona pivəni butulkada gətirsinlər.