SOCAR təyyarə yanacağının ixracını 51% artırıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2016-cı ilin may ayında 73 475 ton dizel yanacağı, 23 960 ton təyyarə yanacağı ixrac edib.
"Report" SOCAR-a istinadən xəbər verir ki, ötən ay dizel yanacağının ixracı 2015-ci ilin may ayından 21% az, təyyarə yanacağının ixracı isə 51% artıqdır.
May ayında 2 121 ton soba mazutu, 7 519 ton yüksək təzyiqli polietilen, 1 047 ton mütləqləşdirilmiş izopropil spirti, 6 687 ton maye piroliz qətranı, 5 453 ton propilen və 2 964 ton butilen butadien fraksiyası ixrac edilib.
Ümumilikdə, bu ilin yanvar-may ayları ərzində 355 406 ton dizel yanacağı, 113 580 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən dizel yanacağının ixracı 26% az, təyyarə yanacağının ixracı 9,7% çox olub.
Hesabat dövründə 2 298 ton soba mazutu, 40 360 ton yüksək təzyiqli polietilen, 6 133 ton mütləqləşdirilmiş izopropil spirti, 28 342 ton maye piroliz qətranı, 21 146 ton propilen və 6 684 ton butilen butadien fraksiyası ixrac edilib.
Bu ilin mayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 496,61 ABŞ dolları, təyyarə yanacağının - 428,80 dollar, dizel yanacağının - 411,66 dollar, 1% kükürdlü mazutun - 215,38 dollar, yüksək təzyiqli polietilenin - 1182,50 dollar, butilen butadien fraksiyasının - 447,58 dollar, maye piroliz qətranının - 496,61 dollar, propilenin - 635,00 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti isə 748,75 avro təşkil edib.
May ayında dünya bazarında "Brent" tipli xam neftin 1 bareli 46,88 dollara, "Urals" nefti 45,16 dollara, "BTC FOB Ceyhan" tipli xam neft isə 48,11 dollara satıılıb.