SOCAR Misirin iki neft emalı zavoduna neft göndərəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Misirin 2 neft emalı zavoduna iki milyon barrelə yaxın Azeri Light markalı neft tədarük edəcək. Bu barədə SOCAR-dakı mənbə məlumat verib.
 
Məlumata görə, bu tədbir ötən həftə SOCAR və Misir Dövlət Neft Şirkəti arasında imzalanmış anlaşma memorandum əsasında həyata keçiriləcək.
 
Mənbə əlavə edib: "2 milyon barrelə yaxın Azeri Light markalı neft Misirin "El Nasr Petroleum Refinery" və "Middle East Oil Refinery" (MIDOR) neft emalı zavodlarına göndəriləcək. Memorandumun detalları hələ tam məlum deyil".
 
Qeyd edək ki, hazırda SOCAR Avropa, Asiya və Amerikada 30-dan çox ölkəyə neft ixrac edir. Ötən il ümumi neft ixracatının həcmi 35 milyon ton təşkil edib.