Snup Doqqun konsertində onlarla insan yaralanıb

Amerikalı reper Snup Doqqun konsertində arakəsmənin aşması nəticəsində onlarla insan yaralanıb.
 
Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
 
Qeyd olunur ki, hadisə Nyu-Cersidə keçirilən konsert zamanı baş verib.
İlkin məlumata görə, ən azı 42 nəfər xəsarət alıb.