​“Sənin kimi göbək atıb pul qazanmıram!” - “Top ulduzlar”/Video

 
Dünən axşam “Top ulduzlar” realiti-şousunun ilk buraxılışında prodüser Təranə Səmədova ilə rəqqasə Rəna Ağamuradova arasında qalmaqal yaşanıb.
 
Teleqraf.com xəbər verir ki, oyunöncəsi brifinq keçirilən zalda onların arasında mübahisə düşüb.
 
İştirakçılardan bəziləri bu davaya parodiyaçı Səbuhi Xanlarovun səbəb olduğunu bildirib.
 
Səbuhi Təranəyə Rənanın onu altdan-yuxarı süzdüyünü, artıq çəkisini lağa qoyaraq güldüyünü bildirib. Bunu eşidən Təranə Rənanın üstünə qışqırıb: “Sənə dəxli var mən nə edirəm və ya necəyəm? Mən səni kimi orda-burda göbək atmaqla pul qazanmıram. Mənə ilişmə, sənə ilişməyim! Səsini kəs, otur yerində!”
 
Rəna ayağa durub Təranənin üstünə cummaq istəyəndə iştirakçılar onu tutublar.
 
Teleaparıcı Vüsalə Kərimova isə əməkdaşlardan dava salanları oyundan çıxarmağı xahiş edib. Məsələyə qarışmağa məcbur olan layihə rəhbəri Azər Zahid xanım iştirakçıları sakitləşdirməyə çalışıb. Daha sonra o, hər iki iştirakçıya sərt xəbərdarlıq edib. Realiti-şounun qaydalarını və müqavilədə göstərilən bəndlərdən birini pozan iştirakçılarla bağlı tədbir görüləcəyini, bir də belə hal yaşanarsa, onların dərhal şoudan uzaqlaşdırılacağını bildirib.
 
Teleqraf.com həmin görüntüləri təqdim edir.
 
Qeyd edək ki, iştirakçılardan bəziləri Təranə ilə Rənanın münasibətinin hələ proqrama gəlmədən öncə pis olduğunu bildiriblər.

Загрузка...
Загрузка...