Sənədini yandığaracağı ilə hədələyən “dəstəkçi məmuru” GÖZLƏYƏN CƏZA: Məhkəmə 2 maddə ilə qərar verəcək

 
    
 
Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumuna dəstək verən azərbaycanlı məmurların mövqeyi cəmiyyətdə heç də birmənalı qarşılanmadı. Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Fizuli Tanrıverdiyevin Kürdüstanın müstəqilliyinə dəstək verdi və işdən azad olunacağı tədqirdə şəxsiyyət vəsiqəsini, hərbi biletini yandıracağı ilə hədələdi.
 
Məsələ ilə bağlı Laçın rayon İcra Hakimiyyətinin Fizuli Tanrıverdiyev haqqında hansı cəza tədbirləri görüləcəyini öyrənmək istəsək də, 2 günlük cəhdlərimiz nəticə vermədi. İcra Hakimiyyətinin rəsmi saytında göstərilən bütün əlaqə vasitələrinə və başçının müavinlərinin şəxsi nömrələrinə zəng etsək də, telefonlarımıza cavab verən olmadı.
 
Maraqlıdır, dövlətin verdiyi rəsmi sənədləri (şəxsiyyət vəsiqəsi və hərbi bilet) yandırmaq üçün qanunvericilkdə hər hansı bir cəza nəzərdə tutulurmu?
 
 
 
Məsələnin hüquqi tərəfini Cebhe.info-ya şərh edən hüquqşunas Əsabəli Mustafayev bildirib ki, qanunvericilkdə bunun üçün 2 maddə üzrə cəza nəzarədə tutulur:
 
“Praktikada hələ ki, belə bir məsələyə rast gəlinməyib. Ancaq məsuliyyətə cəlb olunmaq üçün bunun hüquqi əsası var. Çünki həm şəxsiyyət vəsiqəsi, həm də hərbi bilet dövlət mülkiyyəti sayılır. Bu sənədlər şəxsi mülkiyyət deyil. Çünki bu sənədlər üçün bütün xərcləri dövlət çəkir. Dövlət əmlakının məhv edilməsi ilə bağlı belə bir ittiham irəli sürülə bilər. Hüquq şöbəsinin müdiri ilə bağlı isə 2 maddə üzrə iş açıla bilər. Bunlardan birincisi 186-cı maddə, yəni əmlakın qəsdən məhv edilməsidir ki, bunun üçün də 1000 manatdan 2000 manatadək cərimə və ya 2 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulur. Digər tərəfdən, 326-cı maddədə, rəsmi sənədlərin birlərəkdən məhv ediməlsi üçün 500 manat cərimə və ya 1 il müddətinə islah işlərinə cəlb olunma və 6 ay həbs nəzərdə tutulur. Hesab edirəm ki, haqqında danışılan məsələdə bu iki maddə birləşdiriləcək və məhkəmə buna uyğun qərar verəcək”.
 
Vilayət Muxtar
Cebhe.info
 

Загрузка...
Загрузка...