Sən demə, bu hisslər ginekoloji xəstəliklərə SƏBƏB OLUR

Güclü emosiyalar bir çox ginekoloji problemlərə səbəb olur. Bu, xüsusilə yetkin uşaqları olan qadınlarda tez-tez yaranır.
Publika.az bu yazıda oxucuları kista və mioma kimi ginekoloji xəstəliklərə səbəb olan amillərlə tanış edib.
Nə etməli?
Birinci növbədə “əmizdirən” ana rolunu oynamağı dayandırın. Yaşlı uşaqlarınızı nəhayət ki, “süddən” ayırın və özünüzlə məşğul olun. Çünki süd vəzisi sağlamlığı birbaşa şəxsi xoşbəxtlik səviyyəsindən asılıdır. Odur ki, birinci yerə öz arzularınızı qoyun. Heç nəyi sabaha saxlamayın. Həyatınızdakı ən başlıca gün – bugündür!
Endometrioz
Bu xəstəlik təşviş və həyəcana meyilli olan, sevinə bilməyən, həyatdan zövq almağı bacarmayan qadınlarda inkişaf edir. Nəticə etibarı ilə sağlamlığa laqeydlik bədənə mənfi təsir edir və endometriozin yaranmasına səbəb olur.
Nə etməli?
“Bütün əzablar keçmişdə qaldı” hissi ilə yaşayın. Hər günə xoşbəxtlik haqqında düşüncələrlə başlayın.
Uşaqlıq mioması
Öz yaxınlarına qarşı olan uzun inciklik, depressiyaya meyillilik və pis əhval-ruhiyyə uşaqlıq mioması ilə başa çatır. Belə psixoloji durum maddələr mübadiləsi və hormonal fonunun dəyişikliklərinə səbəb olur.
Nə etməli?
Sizi incidən hər kəsi bağışlayın. İnsanlarda nöqsan axtarmaqdan əl çəkin. Onlarda ləyaqət və müsbət keyfiyyətləri qiymətləndirin. Özünüzə tez-tez təkrar edin: "Mənə heç kim vəd etməyib ki, cənnət yer üzündədir". Yaxın və yad adamlara yersiz iradlar bildirməyin. Yadda saxlayın ki, zövq verən istənilən məşğuliyyətlər, hətta ev pudinqinin hazırlanması sizi depressiyaydan azad edir.
Yumurtalığın kistası
Psixoloqların araşdırmaları göstərib ki, bu xəstəlik həddindən artıq qorxu nəticəsində yaranır. Ən geniş yayılan forması "Məni sevmirlər" qorxusudur. Qısqanclıq, tənhalıq qorxusu və insanlarla münasibətləri daim aydınlaşdırmaq istəyi də bu xəstəliyin yaranma səbəblərindən biridir.
Nə etməli?
Dərk etməliyik ki, bu qorxuların çoxu uşaqlıqdan gəlir, artıq böyümək lazımdır. İlk növbədə özünüz üçün lazımlı olun. Axı siz yaşayırsınız, deməli, Allah və həyat sizi sevir. Bəs onun sevgisinə qarşılıq olaraq siz nə edə bilərsiniz? Özünüzə olan inamını möhkəmləndirin.
Uşaqlıq boynunun eroziyası
Bir qayda olaraq, bu, yaxın kişilərə: ataya, qardaşa və ya ərinizə olan incikliyin nəticəsidir. "O məcburdur", “O etməlidir” kimi şişirdilmiş gözləntilər və tələblər kişilərin "təqsiri üzündən" yaranmış problemlərlə barışmağa imkan vermir.
Nə etməli?
Gözləntilərinizin həddini azaldın və incikliyi dayandırın. Böyük ölçüdə heç kim heç kimə heç nə borclu deyil. Əgər bunu qəbul etməyi öyrənsəniz, həyatınız yaxşılığa doğru dəyişəcək. Və bir də mübahisələrin və fikir ayrılığının səbəbini özünüzdə axtarın. Axı məhz qadın kişi taleyinin 80%-ini müəyyən edir: onun sağlamlığına və ömrünün uzunluğuna görə bu və ya digər dərəcədə cavabdehlik daşıyır. Və yalnız 20%-i özü öz tərbiyəsi, fiziki göstəriciləri və irsi xüsusiyyətlərinə görə bunu edir.
Kandidoz (cinsi orqanlarda göbələk infeksiyası)
Bu xəstəlik vəziyyəti daim nəzarətdə saxlamaq istəyindən yaranır. Bu cür adamlar əmindir ki, insanların yol verdiyi səhv hərəkətləri yalnız siz düzəldə bilərsiniz.
Nə etməli?
Doğmalarınızın həyatını öz istədiyi kimi yaşamağa imkan verin. Ətrafdakların seçimlərinə hörmət etməyi öyrənin. Yaxınlarınızın mümkün səhvlərini hasarlayaraq, siz onların yolunda dayanırsınız. Səbirli olun.
Ağır klimaks
Həyatlarından narazılıq, natamamlıq kompleksi, illərlə yığılan yorğunluq və öz maraqlarına laqeyd yanaşma vərdişi qadınların klimaks dövrünü ağır keçirməsinə səbəb olur.
Nə etməli? Öz yaşınızı müdriklik əlaməti kimi qəbul edin!
Həyatın hər anından zövq almaq lazımdır. Yaşınıza və ruhunuza uyğun olan rəfiqələr və dostlarla tanış olun, onlarla birlikdə xeyirxah işlər görün, gənclərlə ünsiyyət qurun.
Nəvələriniz varsa, onlarla vaxt keçirin. Onların öz həyat ritmi var, amma onların sizə, sizin isə onların enerjisinə ehtiyacınız var. Qarşınıza yeni məqsədlər qoyun, həyatın yeni mənası tapın. Vaxt itirməyin, yaratmağa elə indidən başlayın. Yeni yemək reseptləri tapın, şeir və ya hekayə yazın. Sağlam və uzun ömürə köklənin!
Aytən

Загрузка...
Загрузка...