Sən demə, ağıllı qadınla evlənən kişilər...

 
İsveç alimləri belə qənaətə gəliblər ki, ağıllı qadınla evlənmək kişinin sağlamlığına müsbət təsir göstərir.
 
Axar.az xəbər verir ki, tədqiqatçılar yarım milyon ailə cütlüyünün məlumatlarını təhlil edib.
 
Analizin nəticələri göstərib ki, sağlam həyat kişinin arvadının intellekt səviyyəsindən birbaşa asılıdır. Bununla yanaşı, alimlər qeyd edib ki, kişinin ağıllı olması onun həyat yoldaşının sağlamlığına heç bir təsir göstərmir. Professorlar bunun izahını belə verir:
 
“Ailənin taleyini həll edə bilən qərarların əksəriyyətini evin xanımı verir. Bununla yanaşı, ailənin qida rasionu da evin xanımından asılıdır”.
 
Yüksək intellektli xanım ailənin bütün qərarlarının düzgün verilməsində böyük rol oynayır. Kişi isə bir qayda olaraq, ailədə başqa funksiyanı yerinə yetirir. O, daha çox “hasilatçı” rolunu oynayır. Onun bu rolunu yerinə yetirməsi də ailənin ümumi sağlamlığına təsir edir. Çünki bu gəlir öz növbəsində ailənin dolanışığına, istirahət planlarına təsir göstərir.