Səmra Stokholmda ''Sarı gəlin'' oxudu - video

"İkinci məşqə səylə hazırlaşmışdım. Hələ də xəstəyəm, amma indi özümü ilk məşqdəkindən daha yaxşı hiss edirəm".
Axşam.az-ın məlumatına görə, bu sözləri ölkəmizi Stokholmda keçiriləcək "Eurovision 2016"da təmsil edəcək Səmra Rəhimli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ikinci məşq zamanı əsas diqqət işıq və xoreoqrafiya işinə ayrılıb. Bundan əlavə, S.Rəhimli səhnə üçün 2 paltardan istifadə etməyə qərar verdiyini, seçimini isə azarkeşlər və jurnalistlərin daha çox bəyəndiyi model üzərində edəcəyini bildirib.
S.Rəhimli "The Voice" müsabiqəsinin Türkiyə variantı olan "O Ses Türkiye" yarışmasındakı iştirakından danışaraq, bu müsabiqənin və türk pop-müğənni Hadisə ilə tanışlığın ona çox kömək etdiyini bildirib.
Mətbuat konfransının sonunda S.Rəhimli xarici jurnalistlər üçün Azərbaycan "Sarı gəlin" xalq mahnısını ifa edib.
Qeyd edək ki, Azərbaycan təmsilçisi mayın 10-də ilk yarımfinalda 14 nömrə altında çıxış edəcək.