Səmra Rəhimli: “Şəhərdə məndən də qısa geyinənlər var…”

Azərbaycanı “Eurovision-2016″da təmsil edən Səmra Rəhimli “5-ci element” verilişinin qonağı olub
Axşam.az xəbər verir ki, müğənni müsabiqə boyu sosial mediada geyiminə görə onu tənqid edənlərə cavab verib:
“Sənət yoldaşlarım və qohumları saxta profillərlə İnstaqramda məni təhqir edirdilər. Çox yersiz bir hərəkət idi. İngilis dilində şərhlər yazırdılar. Siz mənim qısa geyinməyimi tərbiyəsizlik kimi görürsüzsə, niyə şərh bölməsinə söyüş yazırsız? Bu, tərbiyəli addımdır? İnsanlar tərbiyəni paltarın uzunluğuna görə ölçür. Şəhərə çıxanda məndən də açıq geyinən xanımlar görürəm. Ən çox açılış zamanı qırmızı xalçada geyinən paltarım müzakirə olundu. Amma o geyimdə özümü nağıl qəhrəmanına bənzədirdim”.
Səmra final günü Niderland təmsilçisinin qucağında çəkilmiş fotosu haqda şərh verərək deyib:
“Konsertə baxdığımız anda Niderland təmsilçisi gəlib şəkil çəkdirmək istədi. Məni qəflətən qucağına qaldırdı. O, Fransa və İspaniya təmsilçilərini qucağına aldı, heç kəs də bu qədər şişirtmədi”.