Şəmkirdə iki avtomobil toqquşub, ölənlər var

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Ölənlərin kimliyi artıq məlum olub.
Bu, VAZ 2106 minik avtomobilinin sürücüsü, 1969-cu il təvəllüdlü Mürvət Məmmədov və sərnişin, 1971-ci il təvəllüdlü Rafiq Verdiyevdir.
Onların hər ikisinin Şəmkir sakini olduğu bildirilir.