Sloveniya jurnalı Donald Trampın xanımını təhqir etdi - “Elit eskort xidmətlər göstərib”

Baxış sayı: 
222
0  
0  

 
 
Sloveniya jurnalı “Suzy” ABŞ-ın birinci xanımı Melaniya Tramp haqqında dərc etdiyi məqaləyə görə üzr istəyib. Məqalədə M. Trampın keçmişdə eskort xidmətlər göstərdiyi iddia edilirdi.
 
Moderator.az xəbər verir ki, bu barədə “Associated Press” informasiya agentliyi məlumat yayıb.
 
Birinci ledinin Sloveniyadakı vəkili Nataşa Pirs Musar bildirib ki, tərəflər böhtanla bağlı məhkəmə iddiasını öz aralarında həll etməyə nail olublar.
 
M.Trampa ödənilən kompensasiyanın məbləği açıqlanmır.
 
2016 -cı ilin avqust ayında “Suzy” jurnalının dərc etdiyi məqalədə bildirilirdi ki, xanım Tramp keçmişdə “elit eskort” xidmətləri göstərən model agentliyində işləyib.
 
“Məqaləni oxuyanda elə başa düşmək olardı ki, sanki M. Tramp özü də eskort xidmətləri göstərirdi. Lakin bizim sübutumuz yoxdur, ona görə üzr istəyirik. Birinci ledini incitmək və onu təhqir etmək istəmirdik”, – deyə jurnalın əməkdaşı bildirib.

Загрузка...
Загрузка...