Sloveniya ilə hərbi təlim keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Sloveniya Respublikası Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlıq planına uyğun olaraq aprelin 29-da Bakıda “Mühazirəçi mübadiləsi” tədbiri keçirilib.
Musavat.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sloveniya Silahlı Qüvvələrinin nümayəndələri cənab Loen Reçnik və polkovnik Aleksandr Murko tərəfindən Silahlı Qüvvələrin Hərbi Akademiyasında “Balkanlarda mövcud vəziyyət” və “Beynəlxalq missiyalara Sloveniyanın baxışı” mövzularında brifinqlər təqdim olunub.
Tədbirin əsas məqsədi Cənubi Qafqazda və Balkanlarda regional təhlükəsizlik məsələləri barədə məlumat mübadiləsi, o cümlədən Silahlı Qüvvələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndirilməsidir.